reklam
Şəkərparənin hazırlanması Şəkərparənin hazırlanması https://take.az/uploads/posts/2023-02/1675357905_sekerpare1.jpg
n2006

n2006 Mətbəx 3-02-2023, 13:00

Şəkərparənin hazırlanması

Şəkərparənin hazırlanması
Türk mətbəxinin dadlı təamlarından olan şəkərparə bir çoxlarının sevimli şirniyyatıdır.

Şərbətli şirniyyatlar arasında həm hazırlanması asan başa gələn, həm də çox ağır olmayan şəkərparə şirniyyatını aşağıdakı reseptlə hazırlaya bilərsiniz.


Lazım olan məhsullar:

- Marqarin (otaq temperaturunda) - 1 paket

- Yumurta - 2 ədəd

- Hindistan qozu - 2 yemək qaşığı

- Manna yarması - 1 çay bardağı

- Pudra şəkəri - 1 su bardağı

- Un - təxminən 4 su bardağı

- Qabartma tozu - 1 paket

- Vanil - 1 paket

- Fındıq

Şərbəti üçün:

- Şəkər tozu - 3 su bardağı

- Su - 4 su bardağı

- Yarım limonun suyu

Hazırlanması:

- Otaq temperaturunda yumşalmış marqarini bir qaba qoyun və üzərinə yumurta qırın. Manna, şəkər tozu, hindistan qozu, qabartma tozu və vanil əlavə edib qarışdırın. Sonra yavaş-yavaş unu əlavə edib qarışdırmağa davam edin.

- Xəmir lazımi şəklə gələnə qədər qarışdırıldıqdan sonra qoz böyüklüyündə parçalar qoparıb dairəvi şəkil verin (parçaların çox böyük olmasına ehtiyac yoxdur, çünki şərbətlə birlikdə biraz da böyüyəcəklər).

- Soba sinisini yağlayın. Şəkərparələri siniyə düzün və üzərilərinə bir fındıq dənəsi yerləşdirin.

- Şərbət üçün suyu və şəkər tozunu bir qazana töküb qaynadın, sonra içinə limon əlavə edib biraz da qaynadın və altını söndürün. Şərbəti soyumağa qoyun.

- Şəkərparələri sobada 180 dərəcədə üzəriləri qızarana qədər bişirin. Sobadan çıxdıqdan sonra 1-2 dəqiqə gözləyin.

- İlıq şərbəti sininin üzərində gəzdirin. Bütün şəkərparələrin yaxşıca islanmasına diqqət edin. Sonra sininin üzərini başqa bir sini ilə örtün və şəkərparələrin şərbəti özünə çəkməsini gözləyin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
153 150 157 140 137 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.