Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi

  • Müəllif  Asef

Daxili İşlər Nazirliyi "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimata dəyişiklik edib.
 
İndiyə qədər bu Təlimat traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyib.

Dəyişikliyə əsasən martın 1-dən bu Təlimat traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri və texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqular istisna olmaqla, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrinin verilməsi üzrə imtahanların qəbuluna, bu növ sürücülük vəsiqələrinin verilməsinə, dəyişdirilməsinə və qaytarılmasına şamil edilməyəcək.
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 20 noyabr 2015-ci il tarixli qanuna əsasən traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, texnoloji nəqliyyat vasitələri, habelə hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat vasitələri istisna olmaqla, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri və traktorlar həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirir.




Oxşar mövzular:
  • Taksi problemi Milli Məclisdə: "Ayıbdır, bu məsələ tənzimlənsin!"
  • Avtomobil sahiblərinin nəzərinə: qaydalar dəyişdi
  • Avtomobil sahiblərinə şad xəbər
  • Bakının qapıları əyalətli sürücülərin üzünə bağlanır
  • Azərbaycanda yanacağın, nəqliyyat və digər səyyar vasitələrin sertifikarlaş ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    Aynur022
           Нет
    Şərhləri: 5
     
    Pamir
           Нет
    Şərhləri: 2
     
    seide-
           Нет
    Şərhləri: 2
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    romanzakirovgp
           Нет
    Şərhləri: 1
     
    «     May 2019    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III