Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Maşın bazarında şok qiymətlər

  • Müəllif  Pervin_M

Maşın bazarında şok qiymətlər

Bakıda avtomobil satışı dirçəlməyə başlayıb.
Take.az xəbər verir ki, bu barədə fins.az-a avtomobil bazarından bildirilib. Satıcıların sözlərinə görə, Novruz bayramından sonra şənbə və bazar günləri keçirilən bazarda satışlarda xeyli canlanma müşahidə olunub. Avtomobil satıcıları hesab edir ki, bayram günlərində dolların məzənnəsində hər hansı kəskin dəyişikliyin olmaması və 2-ci əl avtomobillərin bir qədər də ucuzlaşması alıcıların diqqətini cəlb edə bilib.
 
Martda avtomobillər 500-dən 6000 manata qədər ucuzlaşıb
Badamdar avtomobil bazarından satıcı Oley Şamxalov fins.az-a bildirib ki, son bir ayda avtomobillər 500-6000 min manat arasında ucuzlaşıb. Daha dəqiq desək, 1998-2000-ci ilin istehsalı olan "Mercedes”lər 1000-2000 manat, "Lada”lar 700-1000 manat, "Hyundai” və "Toyota”lar isə 3000-6000 manat ucuzlaşıb.
 
"Mercedes”lər 1000-2000 manat ucuzlaşıb
Məsələn, fevral ayında 6500 manata təklif edilən 2.3 l mühərrikli "Mercedes C Class” son bazarda 5500 manata satılıb. 2001-ci ilin dizel mühərrikli "Mercedes E 220” modeli isə ötən ayla müqayisədə 2 min manat ucuzlaşaraq 9 min manata satılıb.
 
"Lada”ların qiyməti 700-1000 manat aşağı düşüb
Azərbaycanda daha çox sevilən rus avtomobillərində də son bir ayda ucuzlaşma davam edib. Satıcıların sözlərinə görə, "Lada”lar 4500-4700 manatdan 3500-4000 manata kimi ucuzlaşıb. Məsələn, 2012-ci il model "Lada 21015” 1000 manat ucuzlaşaraq 3500 manata satılır.
 
"Hyundai” və "Toyota”lar 3-6 min manat ucuzlaşıb
Daha çox ucuzlaşma isə "Hyundai” və "Toyota” modellərində olub. Avtomobil satıcısının sözlərinə görə, son bazarda 2008-ci ilin 2.7 l mühərrikli "Hyundai Santa Fe” fevral ayında 17 min manatdan aşağı satılmırdı. Bayramdan sonra bütün xərclər daxil olmaqla bu avtomobil 13800 manata satıldı. Eyni halı "Toyota”lara şamil etmək olar. Məsələn, 2012-ci ilin 2.7 l mühərrikli "Toyota Prado” 21 min dollardan (32 min dollar) 17 min dollara (26 min manat) kimi ucuzlaşıb.
 
Ən çox satılan avtomobillər
O.Şamxalov bildirib ki, avtomobillərin qiymətində davam edən ucuzlaşma satışları xeyli canlandırıb. Belə ki, fevral ayında Badamdar avtomobil bazarında cəmi 14-20 avtomobil satılıbsa, Novruz bayramından sonra keçirilən bazarda bu həcmdə avtomobil satılıb.Yəni, bir həftədə fevral ayında olduğu qədər avtomobil alınıb. Satılan avtomobillər arasında yenə də rus və alman avtomobilləri üstünlük təşkil edir. Məsələn, son bazarda satılan avtomobillərin 9-u "Lada”, 8-i "Mercedes”, 3-ü isə digər markalar, yəni "Hyundai” və "Toyota” modelləri olub.
 
İri avtomobilləri ailə avtomobili kimi alırlar
Satıcının sözlərinə görə, alman və rus avtomobillərini ucuz olmasına və taksi kimi istifadə üçün alınır. İri mühərrikli yapon və koreya avtomobillərini alanlar isə onu daimi sürmək üçün deyil, ailə avtomobili olaraq istifadə etmək üçün alırlar.
 
Sentyabra kimi 2-ci əl avtomobillər ucuzlaşmaqda davam edəcək
Avtomobil ekspertləri bildirirlər ki, 2-ci əl avtomobil bazarında qiymətlər ucuzlaşmaqda davam edəcək.Belə ki,manatın məzənnəsində kəskin dəyişiklik olmasa ucuzlaşma senytabr ayına kimi davam edəcək. Yeni avtomobillərin dolların məzənnəsi ilə bağlı bahalaşması və köhnə avtomobillərdə ucuzlaşma 2-ci əl avtomobillərə marağı artıracaq.


Oxşar mövzular:
  • Bakıda evlər 2 dəfə ucuzlaşdı
  • Azərbaycanda maşınlarda kəskin qiymət azalması - QİYMƏTLƏR - FOTO
  • Avtomobillərin qiyməti yenə azalacaq
  • Azərbaycanda “07″-lər bahalaşdı
  • Rusiya «VAZ-2107» avtomobillərinin istehsalını dayandırır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    K_I_L_L_E_R
           Нет
    Şərhləri: 5
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 4
     
    boreç
           Нет
    Şərhləri: 3
     
    qjtuqeadoto
           82087816
    Şərhləri: 1
     
    HivyHoava
           4059627
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    ujonvyadoto
           4750216
    Şərhləri: 1
     
    fsafswadoto
           74482843
    Şərhləri: 1
     
    dwvxyxadoto
           87821215
    Şərhləri: 1
     
    qxkrdiadoto
           83535752
    Şərhləri: 1
     
    «     Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Style I Style II Style III