Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dollar 1,54-ə düşdü

  • Müəllif  Asef
Dollar 1,54-ə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 31-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 31-ə 1,5421 səviyyəsində müəyyən olunub. Dollar bu gün 1,5586 manata bərabər olub.

Qeyd edək ki, bu rəqəm 2016-cı ildə dolların ən aşağı qiymətidir. USD/AZN-nin yanvar ayından olan məzənnəsi ilə burada tanış ola bilərsiniz. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Samir Əliyev bildirib ki, həm dünyada, həm də ölkədə baş verən proseslər manata müvəqqəti olsa da güvənlik verir. Neftin qiymətinin sabitləşməsi ($40 civarında) və Federal Ehtiyatla Sistemi (FES) rəhbəri xanım Canet Yelenin uçot dərəcələrini ehtiyatla qaldırmaq niyyəti barədəki açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib. "Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.
Digər tərəfdən Mərkəzi Bankın manat kütləsini azaltması nəticəsində banklar manat qıtlığı ilə üzləşib. Elə bunun nəticəsidir ki, valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manatın son günlər bahalaşması müşahidə edilir. 
Bütün bunları nəzərə almaqla demək olar ki, yaxın 1-2 həftədə manatın dollar qarşısında mövqeyi güclənəcək və müəyyən qədər bahalaşacaq. Ola bilsin manatın dollara olan rəsmi məzənnəsi 1,50-yə qədər yüksəlsin".

O, düşünür ki, bu bahalaşma müvəqqəti xarakter daşıyacaq. 

Samir Əliyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri
Samir Əliyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə ilə atılıb.



Oxşar mövzular:
  • Dollar yenə qalxdı
  • Banklar kreditləşməni məhdudlaşdırdı
  • Mərkəzi Bank yeni qərar verdi
  • Krediti olanlar sevinsinlər
  • "Dollar bir az da bahalaşacaq" - Ekspertdən qorxulu proqnoz


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Breatheee...

    Breatheee...

    21-08-2017, 07:09

    5 Sade Sual Ve Cavablari

    5 Sade Sual Ve Cavablari

    21-08-2017, 07:08

    Aziz Kiraz - Efso Sozler

    Aziz Kiraz - Efso Sozler

    21-08-2017, 07:21

    Style I Style II Style III