Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Təbrizdən göz yaşardan möhtəşəm görüntülər "Qarabağ bizimdir" [video]

  • Müəllif  Asef
 

Təbrizin "Traxtur” komandası öz meydanında Özbəkistanın "Paxtakor”  komandasını qəbul edib.  Oyunu stadionda 40 mindən çox azarkeş izləyib. Onların arasında millət vəkilləri, tanınmış simaların da olduğu bildirilir.  

Oyun 2:0 "Traxtur ” komandasının xeyrinə bitib.  Oyun zamanı "Traxtur”un azarkeşləri, milli-mədəni fəallar Qarabağın azadlığı uğrunda dəfələrlə "Qarabağ bizimdir, bizim olacaq”  şüarlarını səsləndiriblər. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə aktiv olan bir neçə milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qələbədən doğan yüksək əhval-ruhiyyə ilə stadionu tərk edən güneyli qardaşlarımız Azərbaycanın quzeyinə coşqulu dəstək verməyi də unutmayıblar. Belə ki, 10 minlərlə insan "Qarabağ bizimdir, bizim olacaq!”-hayqıraraq Ermənistanın işğalçılıq siyasətinə etiraz ediblər və bununla da Qarabağdakı son savaşda da Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. Qarabağ çağırışları Təbrizin küçə və prospektlərində saatlarla eşidilib.




Oxşar mövzular:
  • Kəlbəcərin işğalından 23 il ötür
  • Qarabağımıza
  • Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçki"yə etiraz edir
  • Ramiz - Həyat bizimdir
  • "Qarabağ" Avroliqa ilə qələbəylə vidalaşdı


  • Gerİ dön


    1 şərh


    • sagolsunlar))))


    • Xəbərlər: 0
    • Şərhlər: 5
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III