Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Azərbaycanlılara şok XƏBƏRDARLIQ: Edam edilə bilərsiniz!

  • Müəllif  Admin
 

Azərbaycanlılara şok XƏBƏRDARLIQ: Edam edilə bilərsiniz!

 

 Səudiyyə Ərəbistanı bu il Azərbaycandan həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, qaydaları pozanlar ölüm hökmünə də məhkum oluna bilərlər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlarla imzalanan müqavilənin xüsusi müddəa bölümünün 4.7-ci bəndində qeyd olunub ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
 
Bölümün 4.8-ci bəndində isə deyilir ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır.
 
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli otellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən otellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.


Oxşar mövzular:
  • Azərbaycanda Həcc ziyarətinin qiymətləri açıqlandı
  • Həcc ziyarəti üçün kvota azaldıldı
  • Həcc ziyarəti ilə bağlı sənəd qəbulu başa çatır
  • Həccə gedənlərə MÜRACİƏT
  • Həcc ziyarətinə gedəcək zəvvarlara XƏBƏRDARLIQ


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III