Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı Bulvarı bağlanacaq

  • Müəllif  Admin
 

 

Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran-Prisinə bileti olmayanlar üçün bağlı olacaq.

Milli.Az bildirir ki, oxu.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə "Formula-1" şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq.

Nigar Arpadarai bildirib ki, bilet almayanlar "Formula-1" şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər.

"Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran-Prisinə bilet alanlar iştirak edə biləcəklər".

Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər:

"Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran-Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oxu.Az-a bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək.

Qeyd edək ki, "Formula-1" Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. "Formula-1" şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcək.


Oxşar mövzular:
  • Bakı Formula-1 yarışında biletin qiyməti 620 manat olacaq
  • "Formula 1" yarışları Bakını necə dəyişəcək?
  • Nazir: "İlhamə Quliyeva qaça bilməsə də..."
  • Azərbaycanda "Formula-1" 2015-ci ilin payızında keçiriləcək
  • Eurovision 2012 Bilet qiymətləri (tickets price)


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III