Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib

  • Müəllif  Admin
 

 

Çin şirkəti qrafen əsasında hazırlanmış "OLED” displeyə malik ilk elastik smartfonu ictimaiyyətə nümayiş etdirib.

Məlumat üçün bildirək ki, qrafen bir atom qalınlığında olan karbon lövhəsindən ibarət və xüsusi möhkəmliyi (bu göstərici üzrə polad materialını 200 dəfə ötür), həmçinin yüksək elektrik keçiriciliyi və elastikliyi ilə fərqlənən ikiölçülü materialdır.

"ICTnews” Elektron Xəbər Xidməti "cnews.ru” saytına istinadən yazır ki, internetdə yerləşdirilmiş videoçarxa əsasən, "Interim” şirkətinin istehsalı olan smartfon baza funksionallığına malikdir və videonu göstərmək qabiliyyətinə malikdir, hərçənd ekranın keyfiyyəti çox yüksək deyil. Qurğunu qolbaq kimi də istifadə etmək mümkündür. Videodan görünür ki, telefonu bükdükdə ekrandakı təsvir dartılır və sayrışır.

Qeyd edək ki, elastik cihaz istehsalı sahəsində işləmələr əvvəllər də nümayiş etdirilib. Amma indiki təqdimat əvvəlkilərdən onunla fərqlənir ki, bu dəfə tamaşaçıya tam funksional smartfon nümayiş etdirilib.
Uzun müddətdir ki elastik elektronika sahəsində işləmələr aparılır. Məsələn, 2000-ci ildə təsis edilmiş Britaniyanın "Plastic Logic” şirkəti bu sahə üzrə ixtisaslaşıb. Bu şirkət elastik elektron kağız (yalnız qara və ağ rəngləri ötürür) texnologiyasını icad edib.

Bildirək ki, 2004-cü ildə Andrey  Qeym və Konstantin Novoselov tərəfindən qrafen materialının əldə edilməsi texnologiyası ixtira edildikdən sonra elastik elektronika sahəsində yüksək inkişaf başlanıb. Yeni materialın sənaye istehsalı mümkün olduqdan sonra mikroelektronika istehsalçıları elastik cihaz  prototipi yaratmaq imkanı əldə ediblər.
 


Oxşar mövzular:
  • İlk elastik smartfon - FOTO
  • Elastik ekranlara nə qədər tələbat var?
  • Selfi üçün smartfonlar göstərildi
  • 400G şəbəkəsi istifadəyə verilir
  • Gələcəyin materialı təhlükəlidir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III