Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ölü qadın dünyaya uşaq gətirdi

  • Müəllif  Admin
 

Ölü qadın dünyaya uşaq gətirdi

 

Portuqaliyada 4 ay əvvəl beyin ölümü keçirən qadın ana olub.

Ana körpəni qeysəriyyə üsulu ilə dünyaya gətirib.

Paytaxt Lissabonda bir xəstəxanada ana bətnində 32-ci həftəsini tamamladıqdan sonra dünyaya gələn oğlan uşağının çəkisi 2 kq 350 q olduğu və onun sağlamlığında heç bir problemin olmadığı bildirilib.

Körpənin anası beyninə qansızma nəticəsində 20 fevralda dünyasını dəyişib. Həkimlər beyin ölümü keçirən qadının hamiləliyində heç bir problemin olmamasını nəzərə alaraq atasının razılığını aldıqdan sonra onu süni nəfəs aparatından ayırmayıblar.

Bu körpə Portuqaliyada beyin ölümü keçirən bir ananın bətnində ən uzun müddət yaşayan uşaq kimi tarixə düşüb.
 
Analoji hadisə aprel ayında Polşada baş verib. Ana ölümündən 55 gün sonra uşaq dünyaya gətirib.

Hadisə Polşanın Vrotslav şəhərində yerləşən xəstəxanaların birində baş verib. 41 yaşlı xərçəng xəstəsi olan qadının beyin ölümü reallaşıb. Qadına diaqnoz qoyulan zaman isə o, 17 həftəlik hamilə olub.


Oxşar mövzular:
  • Çəkisi 7 kq yaxın körpə doğuldu
  • Lənkəranda hamilə gəlindən tükürpədici CİNAYƏT
  • Hamilələrin diqqətinə: bu durumun müalicəsi yoxdur!
  • Ən balaca narkoman
  • "Anam mənə böyrəyini verəndən sonra..."


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III