Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bağlanan Bakı bulvarı açılır

  • Müəllif  Admin
 

 

Formula 1 Şəhərciyinin olduğu Bakı bulvarı açılır.

Olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i, gecə saat 00:00-dan etibarən bağlanmışdı. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq. 

Qeyd edilən günlərdə bulvar ərazisinə ancaq "Formula 1" yarışına bileti olan azarkeşlər buraxılıb. 

Şəhər sakinləri bu günlər ərzində ancaq Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biliblər. 

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü, gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olub. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət isə iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibi alman Niko Rosberq olub. 

Kuboklar ikinci yerin sahibi Sebastian Fettel, üçüncü yerin Serxio Peres olub.



Oxşar mövzular:
  • Hamilton Bakı şəhər trasında rekord təzələdi
  • Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxıb
  • Bakı bulvarında intihar edən ruhi-əsəb xəstəsi olub, yoxsa?
  • Bakı Bulvarı bağlanacaq
  • Bakı yollarında hərəkət məhdudlaşdırılacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III