reklam
Yaddaşı gücləndirmək üçün bunları yeyin! Yaddaşı gücləndirmək üçün bunları yeyin! https://take.az/uploads/posts/2023-03/medium/1678551059_pis_yaddas_02.jpg
sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 12-03-2023, 07:30

Yaddaşı gücləndirmək üçün bunları yeyin!

Yaddaşı gücləndirmək üçün bunları yeyin!
Artıq yaddaşsızlıq, unutqanlıq yaşlıların üzləşdiri hal deyil. Günümüzdə gənclərdə də bu problemə tez-tez rast gəlinir.

Mütəxəssislər hesab edir ki, unutqanlığı aradan qaldıran, beyinin bu halını müalicə edən möcüzəvi bir dərman, eləcə də qida yoxdur. Amma yaddaşssızlığın qarşısını almaq üçün ən vacib addın düzgün qidalanmadır.


LoaDinG.Az bildirir ki, güclü yaddaşa sahib olmaq üçün ən təsirli qidalar aşağıdakılar sayılır:

Zeytun yağı Alzheimer xəstəliyi (yaddaşın, intellektual qabiliyyətlərin itməsi) riskini azaldır. Zeytun yağında olan bir sıra maddələr, o cümlədən E vitamini zehni gücü artırır. Gündə orta hesabla 5 yemək qaşığı zeytun yağı qəbul etmək tövsiyə edilir.

Nar, çiyələk, böyürtkən, qara tut kimi qırımızı, tünd rəngli meyvələr yaddaşın güclənməsinə yardım edir.

Mütəmadi olaraq qoz yemək xatırlamaq, qərar vermək, hissiyyatı artırmaq kimi xüsusiyyətlərə müsbət təsir edir. Qoz E vitamini ilə çox zəngindir.Gündə 3 qoz yeməklə yaddaşı gücləndirmək olar.

İspanaq, kələm, cəfəri də beyinin sağlamlığına müsbət təsir edən K vitamini, beta karoten, lütein və fol turşusu ilə zəngindir. Araşdırmalara görə, bu qidalar zehni geriləməni 40 faiz yavaşlada bilir.

Yumurta yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz qida sayılır. Ələlxüsus yumurtanın sarısı yaddaşı möhkəmləndirən maddələrlə zəngindir. Hər gün bir yumurta yemək tövsiyə edilir.

Sarıkök də belə bir təsirə malikdir. Bu ədviyyatı qidalardan əskik etməmək, xörəklərə, salatlara, hətta qatığa əlavə etmək lazımdır.

Paxlalılar - mərcimək, noxud, lobya və s. tərkiblərində olan fol turşusu, potasium və dəmir sayəsində hər yaşda yaddaşa müsbət təsir edir. Güclü yaddaşa sahib olmaq üçün həftədə ən azı bir dəfə bunları yemək lazımdır.

Bundan başqa, yağlı balıqlar, balqabaq tumu, təmiz şokolad da yaddaşı möhkəmləndirən qaidalardan sayılır. Həftədə ən azı iki dəfə balıq, 40 qarm şokolad, gündə isə bir stəkan miqdarında balqabaq tumu yemək çox faydalı sayılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 103 131 102 110 134

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.