Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Məktəbli qızların zorla ərə verildiyi RAYONLAR - SİYAHI

  • Müəllif  Admin


2015-ci ildə nikah yaşına çatmayan qızların dünyaya gətirdiyi uşaq sayına görə Masallı rayonu ölkə üzrə liderdir.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyib.

Onun bildirdiyinə görə, 2015-ci ildə 68 min 773 nikah bağlanıb ki, bunun da 391-i erkən nikahdır. 2014-cü ildə isə 84 912 nikah bağlanıb və onun 479-u erkən nikahdır:

"Erkən nikahların sayında azalma var. Eyni zamanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayında nisbətən azalma müşahidə edilir. 2014-cü ildə yeniyetmə yaşlı qızlar tərəfindən 3296 uşaq dünyaya gətirilibsə, 2015-ci ildə bu rəqəm 2895 olub".
Məktəbli qızların zorla ərə verildiyi RAYONLAR - SİYAHI
R.Mahmudov 2015-ci ildə 15-17 yaşlı analar tərəfindən dünyaya gətririlən uşaqların sayına görə lider rayonların adlarını açıqlayıb: "Bu sırada ilk pillədə Masallı rayonu yer alıb. Belə ki, ötən il bu rayonda 157 uşaq yeniyetmə analar tərəfindən dünyaya gətirilib. İkinci yerdə Cəlilabad rayonu dayanır, burada 126 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gətirilib. Üçüncü yerdə Şəmkir rayonu (124 uşaq), dördüncü yerdə Lənkəran şəhəri (121uşaq ), beşinci yerdə isə Sabirabad rayonu gəlir (120 uşaq). Erkən nikah problemi həmişə diqqət mərkəzindədir. Bu problemin həlli istiqamətində dövlət tərəfindən ciddi işlər aparılıb".

Komitənin baş məsləhətçisi bildirib ki, erkən yaşda bağlanılan nikahlar müxtəlif fəsadlar yaradır. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxil olma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılığın göstəricisidir.

"Belə nikahların çoxu uğursuz olur. Erkən nikah probleminin əsas səbəbi kimi valideynlərin məsuliyyətsizliyidir. Nikahların fəsadları kimi gənc ananın və dünyaya gələn körpənin səhhətində problemlərin yaranması, rəsmi nikahdan kənar ailələrin sayının çoxalması, qızların təhsildən yayınması, öz hüquqlarını qoruya bilməməsi və bu kimi faktları göstərmək olar".

R.Mahmudovun sözlərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, erkən nikah hallarının qarşısının alınması üçün valideynlər və gənclər arasında maarifləndirmə işlərinin aparılması və cəza mexanizminin gücləndirilməsi vacibdir.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlar öz vəzifə və səlahiyyət çərçivəsində müvafiq tədbirlər görür. Bu problemin aradan qaldırılması üçün cəmiyyətin hər bir üzvü çalışmalıdır.

Məktəbli qızların zorla ərə verildiyi RAYONLAR - SİYAHI

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərin, uşaqların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə mütəmadi olaraq erkən nikah halların qarşısının alınması istiqamətdə geniş miqyaslı tədbirlər və layihələr həyata keçirir. Bu gün də Komitə tərəfindən "Sağlam həyat naminə erkən nikaha YOX deyək!" adlı layihə həyata keçirilir. Layihələr çərçivəsində keçirilən tədbirlər Azərbaycanın hər bir bölgəsini, o cümlədən Bakı və Bakı ətrafı kəndləri əhatə edir".


Oxşar mövzular:
  • Nikah və boşanmaların sayı - Azərbaycanda
  • Bizim qadınımıza bu yaraşır
  • Oğlanlar qız tapmayacaqlar?
  • İpotekanın tətbiqi ilə bağlı yeni xəbər...
  • Azərbaycanda qızlar niyə tez ərə gedirlər? [araşdırma]


  • Gerİ dön


    1 şərh


    • rayonlarin siyasini vermisiz amma oxumaq ucun eyilmek lazimdi )))) Bir az shekili duzgun qoyun loqosuz edin olcusune nezaret edin. ``Admin``

    • --------------------------------------------
      ♏Є?Ī♏ ЦĈЦ? ĦЄ¥Âƚ $Є?ÐЄ? ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    syspneti1982
           Нет
    Şərhləri: 1
     
    Martinkag
           226685615
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Style I Style II Style III