Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Temperatur düşəcək, yağış yağacaq - xəbərdarlıq

  • Müəllif  Admin
 
 

 


Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

İyulun 22-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6° aşağı enəcək.

İyulun 22-23-də Abşeron yarımadasında güclü küləyin əsməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, xəzri küləyi fonunda havanın temperaturunun tədricən enməsi müsbət amildir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42°isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

İyulun 22-si axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 22-23-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Oxşar mövzular:
  • Nəfəskəsən istilər gəlir - XƏBƏRDARLIQ
  • Küləkli, yağışlı günlər bitdi
  • Sabah yağış yağacaq
  • Sabah temperatur 38 dərəcəyə çatacaq
  • XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək


  • Gerİ dön


    1 şərh


    • Bu yay ne cox yagish oldu 28

    • --------------------------------------------
      ♏ЄИĪ♏ ЦĈЦИ ĦЄ¥Âƚ $ЄИÐЄИ ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyun 2017    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Style I Style II Style III