Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakıda bütün çirkli avtobuslar dəyişdiriləcək

  • Müəllif  Admin
Bakıda bütün çirkli avtobuslar dəyişdiriləcək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hər gün mediada avtobusların qəzaya düşməsi, xeyli sayda sərnişinlərin yaralanması ilə bağlı xəbərlər yer alır. Avtobusu təhlükəli idarə edən sürücülər qınaq obyektinə çevrilsə də, onların vaxt intervalını çatdırmaq, daha çox qazanmaq üçün bunu etməsi zaman-zaman müzakirələrə səbəb olub.

Görünür, yaxın müddətdə sürücülərin əllərində bu kimi bəhanələr qalmayacaq. Səbəb isə sadədir: Nəğdsiz ödənişə keçid, sürücülərə təlim, avtobusların yenilənməsi.

Səbəb sadə olsa da, nəticəsini görmək vaxt tələb edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Alllahyarova qafqazinfo-ya bütün bu işlərin qarşıdakı bir il ərzində mərhələli şəkildə yerinə yetiriləcəyini deyib.

 

 

Yeni sezonda nəqliyyat sistemində bizi nə yeniliklər gözləyir?

N. Allahyarovanın sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyinin ümumi konsepsiyası hazırlanır. Bu proqramın hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, əcnəbi işçi qrupu da daxildir:

"Əfsuslar olsun ki, Abşeron yarımadasında nəqliyyatla bağlı ən böyük problem bu günə kimi nəqliyyat axınının öyrənilməməsi olub. Bu səbəbdən də, sərnişin sayı ilə ictimai nəqliyyatda istifadə olunan avtobus sayının mütənasib olmaması bir sıra problemlərə gətirib çıxarıb. Hazırda həmin işçi qrupundan bir hissə məhz sərnişin axınının öyrənilməsi ilə məşğuldur. Sərnişin axının da öyrənilməsinin ən qısa yolu indi bir neçə, gələcəkdə isə bütün avtobuslara tətbiq edəcəyimiz nəğdsiz ödəniş sisteminə keçiddir. Kart ödəməsi sayəsində artıq hər avtobusa nə qədər sərnişinin mindiyi məlum olacaq. Ancaq o rəqəmlərə qədər müşahidələr aparılacaq və müəyyən bir statistika hazırlanacaq. Xüsusilə də, Bakıətrafı ərazilərdən şəhərə gələn avtobusların sayı sentyabr ayından sonra sərnişin sıxlığına əsasən müəyyən ediləcək. Bu vasitə ilə də Nardaran, Maştağa və s. qəsəbələrdən şəhərə gələn zaman yaranan sıxlıq aradan qaldırılacaq".

 

Bütün avtobuslarda kamera olacaq

Mətbuat katibi bildirib ki, sürücülərin davranış qaydalarındakı ciddi problemlər hazırda agentliyin diqqətindədir. Bu problemlərin aradan qaldırılması üçün bir neçə işin görülməsi planlaşdırılıb:

"Hazırda sürücülərin davranış qaydaları ilə bağlı ciddi problemlər var. Bu səbəbdən də agentliyin işçi qrupu şikayət gələn marşrutlarda monitorinqlərə çıxır. Agentlik xidmət səviyyəsinin yüksəldilməsi və cəzaların müəyyənləşdirilməsi üçün oktyabr-noyabr aylarından etibarən avtobuslarda kameraların quraşdırılmasına başlayacaq. Artıq avtobuslarda kameraların olduğunu bilən sürücü və sərnişin öz davranışına xüsusi fikir verəcək. Bundan başqa, paytaxt küçələrində və parklarda maarifləndirmə lövhələri asılacaq".

Agentlik sürücülərə təlim kursları keçəcək. Bu təlimlərin sonunda imtahanlardan keçə bilməyən sürücülər ictimai nəqliyyatda avtobus idarə edə bilməyəcəklər:

Avropada 4-cü ən böyük təlim mərkəzi Azərbaycandada yerləşir. Həmin mərkəzdə əvvəlcə ən çox şikayət olunan sürücülər təlimlərə cəlb olunacaq, yoxlamalardan keçəcəklər. Daha sonra digər sürücülər. Yoxlamalardan keçməyən sürücülər yenidən təlimlərə qatılacaq və bu dəfə də imtahandan keçmədikləri təqdirdə bir müddətlik ictimai nəqliyyatda avtobus sürə bilməyəcək".

 

Yalnız təmizliyə cavab verən avtobuslar xəttə buraxılacaq

Avtobusların təhlükəli idarə olunması, həmçinin texniki baxış keçirilmədən xəttə buraxılması hazırda ən böyük problemlərdəndir. Bu cür təhlükəli avtobuslar bir il ərzində mərhələli şəkildə xətdən çıxarılacaq. Agentlik daşıyıcı şirkətlərə bununla başlı müvafiq sənədlər göndərib. Yalnız salonları təmizliyə cavab verən, texniki baxışdan keçmiş avtobuslar xəttə buraxılacaq. Bildiyimiz kimi, paytaxtda 2010-a yaxın avtobus, 165 marşrut xətti var. Onların hamısını birdən xətdən çıxarıb yeniləmək mümkün deyil. Həmin proses də 1 il müddətində vaxt tələb edir.

Son olaraq, "Bakubus"ın növbəti avtobuslarının nə vaxt xəttə buraxılacağını xəbər aldıq. N.Allahyarova bildirib ki, "Bakubus" avtobusları sadəcə şəhərin mərkəz küçələri üçün nəzərdə tutulub və 14 marşrut xətti üzrə hərəkət edəcək:

"Hazırda 9 marşrut xətti üzrə hərəkətdədir və yeni açılan digər 3 xətt də mərkəzləri əhatə edəcək. Biz bütün marşrut xətlərini "Bakubus" edə bilmərik. Əsasnaməmizdə də göstərildiyi kimi daşıyıcı şirkətlər arasında rəqabət mühitini qoruyub saxlamalıyıq. Digər 3 xətt isə harada ehtiyac yaransa, orada fəaliyyətə başlayacaq. Əvvəldə də qeyd etdiyim kimi, bütün avtobuslar kart sisteminə keçəcəyi üçün hazırda küçələrdə terminallar quraşdırılır".



Oxşar mövzular:
  • Sərnişin avtobusları xəstəlik mənbəyidir
  • Nəqliyyat sektorunda DƏYİŞİKLİK
  • Sahibkarlara son... XƏBƏRDARLIQ
  • Bakıda yeni avtobus marşrutu fəaliyyətə başlayır
  • Yeni avtobusları kim soydu?


  • Gerİ dön


    1 şərh

    • Nazile
    • 31 avqust 2016 19:54
    •  

    • ayda yenəəə dəyişilir ildə neçə dəfə dəyişilireeeeee


    • Xəbərlər: 6
    • Şərhlər: 201
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Azeri balasi123
           Нет
    Şərhləri: 83
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 15
     
    REQSANE-1
           Нет
    Şərhləri: 15
     
    Aylin...
           Нет
    Şərhləri: 11
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 8
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III