Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycan əhalisinin sayı AÇIQLANDI

  • Müəllif  Admin
Azərbaycan əhalisinin sayı AÇIQLANDI


Azərbaycan üzrə əhalinin sayı 2016-cı il ərzində 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9 milyon 810 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
2017-ci il yanvarın 1-i vəziyyətinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,9 faizi Bakı şəhərində, 20,2 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,3 faizi Lənkəran, 30,1 faizi isə digər iqtisadi rayonlarda yaşayır.
 
Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil etmiş və bu göstərici Naxçıvan Muxtar Respublikasında 82, Bakı şəhərində 1049, Abşeron və Lənkəran iqtisadi rayonlarının hər birində 151, Gəncə-Qazax iqtisadi rayonunda isə 103 nəfər olub.
 
2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir. Doğum səviyyəsi əsasən Lənkəran (18,6), Dağlıq Şirvan (18,5), Aran (18,0) və Kəlbəcər-Laçın (18,0) iqtisadi rayonlarında yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
 
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
 
Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
 
Keçən il ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 800 nikah və 13 100 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
 
2016-cı ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 200 nəfər gələn və 1 700 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1 500 nəfər təşkil edib.


Oxşar mövzular:
  • Nikah və boşanmaların sayı AÇIQLANDI
  • Azərbaycan əhalisinin sayı açıqlandı
  • Azərbaycanın son demoqrafik vəziyyəti açıqlandı
  • Azərbaycan əhalisinin son sayı açıqlandı
  • Azərbaycanda bu il hər gün təxminən 500 uşaq dünyaya gəlib


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Azeri balasi123
           Нет
    Şərhləri: 83
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 15
     
    REQSANE-1
           Нет
    Şərhləri: 15
     
    Aylin...
           Нет
    Şərhləri: 11
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 8
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III