Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

  • Müəllif  Admin
Siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq

Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir, bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.

Yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 13-cü (Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışının və tütün istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi) maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir.

Maddədə göstərilir ki, tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddədə həmçinin bildirilir ki, alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur.

Maddənin sonunda o da qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.



Oxşar mövzular:
  • Siqaret çəkənlərə BƏD XƏBƏR
  • Siqaret çəkənlərə bəd xəbər: MİLLİ MƏCLİSDƏ YENİ QANUN
  • Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa qüvvəyə minib
  • Valideynlər üçün cərimənin məbləği artırılır
  • Azərbaycanda siqaret çəkənlərə qadağa


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Azeri balasi123
           Нет
    Şərhləri: 83
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 15
     
    REQSANE-1
           Нет
    Şərhləri: 15
     
    Aylin...
           Нет
    Şərhləri: 11
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 8
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III