Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Nasaz avtomobillərlə sərnişin daşıyan sürücülər məsuliyyətə cəlb edilib"

  • Müəllif  Admin
Nasaz avtomobillərlə sərnişin daşıyan sürücülər məsuliyyətə cəlb edilib

Son vaxtlar sərnişindaşıma sahəsində yol-nəqliyyat hadisələrinin sayı artdığından mikroavtobuslarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə dair qərar verilib.

Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Şöbə rəisi bildirib ki, tədbirlər xüsusilə Bakı-Sumqayıt marşrutu üzrə qanunsuz fəaliyyət göstərən texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə sərnişin daşımalarına qarşı keçirilir: "Şəhərlərarası yollarda sərnişin daşımaları yalnız avtovağzaldan avtovağzala olmalıdır. Amma buna əməl edilmir. Üstəlik, marşrutlara əlavə oturacaqlar qoyulur, avtomobillərin əksəriyyəti texniki cəhətdən nasazdır. Elə avtomobillər var ki, şinlərinin protektorları yoxdur. Halbuki, avtobuslarda bu, 2 mm-dən az olmamalıdır".
 
Onun sözlərinə görə, keçirilən tədbirlərlə nasaz nəqliyyat vasitələri ilə sərnişin daşıyan, konstruksiyasında dəyişiklik edən sürücülər inzibati məsuliyyətə cəlb edilib: "Tədbirlər davam etdiriləcək. Dayanacaqlardan kənarda sərnişin mindirib-düşürmə hallarına da qarşı mübarizə aparılacaq. Nasaz maşınla sərnişin daşınmasına yol verilməyəcək. Sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxs və ya şirkətlər nəqliyyat vasitələrinin texniki parametrlərini sərnişindaşıma sisteminə uyğun təşkil etməlidir. Səhər tezdən avtomobillərin texniki vəziyyətinə nəzarət olunmalıdır, sürücülər tibbi müayinədən keçməlidir".
 
K.Əliyev fərqlənmə nişanının yalnız texniki cəhətdən saz vəziyyətdə olan, konstruksiyasında heç bir dəyişiklik edilməyən, avtovağzaldan avtovağzala işləyən avtomobillərə verildiyini deyib.



Oxşar mövzular:
  • Avtotəmir sexlərinə nəzarət güclənir - VİDEO
  • Sürücülərə xəbərdarlıq
  • Sahibkarlara son... XƏBƏRDARLIQ
  • Taksi problemi Milli Məclisdə: "Ayıbdır, bu məsələ tənzimlənsin!"
  • Taksi sürücülərindən əlavə haqq yığılacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III