Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Tarixin ən bahalı smartfonları - SİYAHI

  • Müəllif  Admin
Tarixin ən bahalı smartfonları -

1 milyon dollardan baha olan 5 smartfonun adı açıqlanıb. Məlumata görə, liderlər siyahısının qiyməti təxminən 8 milyon dollar təşkil edir.


1. Ən bahalı smartfonun sahibi Avstraliyada futbol klubunun sahibi Toni Seycdir. 2010-cu ildə o, "iPhone 4” smartfonu üçün qızıl korpus və almazlardan ibarət çexol sifariş vermək qərarına gəlib. Yalnız "Apple” loqotipinə 50 daş-qaş sərf edilib. Hazırda isə maqnat 8 milyon dollara başa gələn cihazdan istifadə etmir və onu ailə yadigarı kimi xüsusi muzeydə saxlayır.


2. Reytinqin ikinci yerində qızılla bəzədilmiş və zərgər Stüart Hyuzun sifarişi ilə hazırlanmış "iPhone 3GS” gəlir. Onun dəyəri təxminən 3 milyon dollar təşkil edib.


3. Üçüncü yerdə dizayner Peter Alloiksonun 2,5 milyon dollara "Kings Button” telefonu üçün etdiyi bəzək durur. Onun korpusunda 120 brilyant mövcuddur.


4. Dördüncü yer Rusiya istehsalçısı "Ancort” şirkəti və onun istehsal etdiyi "Diamond Crypto Smartphone” modelinə verilib.


5. Beşinci yerdə "GoldVish Le Million” cihazı qərarlaşıb. Onun qiyməti təxminən 1,2 milyon dollar təşkil edir. Hazırda bu modelin yalnız 3 nüsxə işləyən smartfonu mövcuddur.



Oxşar mövzular:
  • “Samsung” 100 milyon telefon satıb
  • 5,5 milyon avroluq brilyant oğurlandı
  • “iPhone 7”-nin maya dəyəri açıqlandı
  • Dünyanın ən bahalı altı smartfonu – QİYMƏTLƏR
  • Dünyanın ən bahalı modeli – 44 milyon dollar


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III