Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Azərbaycanda iki ay ərzində 8 mindən çox insan evlənib - 10 min nəfər isə...

  • Müəllif  Admin
Azərbaycanda iki ay ərzində 8 mindən çox insan evlənib

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238 min 509 nəfər keçib. Nikaha daxil olmaq istəyən 2017-ci ilin yanvar ayında 10 min 215 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1 iyun 2015-ci il – 31 yanvar 2017-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10 min 501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Dövlət Statistika Komistəsindən verilən məlumata görə, 2017-ci ilin ilk iki ayı ərzində qeydiyyat şöbələri tərəfindən 8476 nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4 olub.

"ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov açıqlamasında deyib ki, 2013-cu ilin yanvar ayının 15-dən etibarən Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən ümumi nikaha daxil olan 77 min 046 nəfər qeydiyyata alınıb.



Oxşar mövzular:
  • Evlənmək istəyən gənclərin 161 nəfərində sifilis tapıldı
  • Azərbaycanda nikahla bağlı SƏRT TƏLƏB
  • Azərbaycanda ailə qurmaq istəyənlərin DİQQƏTİNƏ
  • Evlənmək istəyənlər mütləq oxusunlar
  • Ailə quranlara veriləcək sağlamlıq haqqında arayış belə olacaq - FOTO


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III