Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


XƏBƏRDARLIQ: Leysan yağış yağacaq, dolu düşəcək

  • Müəllif  Admin
XƏBƏRDARLIQ: Leysan yağış yağacaq, dolu düşəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Xəbərdarlıq

İyunun 10-11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.



Oxşar mövzular:
  • Hava yenə soyuyacaq, yağış yağacaq... - Çətiri unutmayın!
  • Hava yenə qeyri-sabit keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ!
  • Hava yenə pisləşəcək - Yağış yağacaq... / Proqnoz
  • Güclü külək olacaq, dolu düşəcək, qar yağacaq - Hava proqnozu
  • Dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq - Hava pisləşir...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Ram cabbaroff
           516749038
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Cavad_716
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    elvi0020
           Нет
    Şərhləri: 1
     
    «     Dekabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Style I Style II Style III