Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bu gündən PULSUZ İNTERNET OLACAQ - DİQQƏT!

  • Müəllif  Admin
Bu gündən PULSUZ İNTERNET OLACAQ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Baktelecom” tərəfindən reallaşdırılan "İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.

Nazirlikdən verilən məlumata görə, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Bu günlərdə keçiriləcək "Formula” 1 Avropa Qran Pri yarışı ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.

Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.

Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.

Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.

Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.



Oxşar mövzular:
  • Bu yerlərdə internet pulsuz olacaq - Bakıda
  • Bulvardakı pulsuz "Wi-Fi”dan necə istifadə edək? - Bunları edin...
  • Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb
  • "Bakcell" abunəçiləri "Facebook"a pulsuz çıxış əldə edəcək
  • 2015-ci ildən bütün dünyada internet pulsuz olacaq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    sweet_ciciwka
           5555
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     İyun 2019    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Style I Style II Style III