Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!

  • Müəllif  Admin
Satışda təhlükəli qarpızlar var -

İyunun əvvəlindən qarpızdan zəhərlənmə şikayəti ilə xəstəxanalara 4 müraciət daxil olub. Sonuncu hadisə dünən, iyunun 27-də Tovuzda qeydə alınıb - 64 yaşlı rayon sakini Rəşad Alıyev qarpızdan zəhərlənib. Ümumiyyətlə, son illər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda bu cür zəhərlənmələr ölümlə nəticələnir.

Zəhərlənmələri tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır, məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksiki birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir.

Bəs qarpızdan zəhərlənmə hansı hallarda baş verir? Hazırda satışda olan qarpızlar yoxlanılıbmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalının yüksək olduğunu iddia edir. Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. "Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçirib. Satışda olan qarpızlarda nitratın miqdarı normadan 300-500 dəfə artıqdır", - E.Hüseynov deyib.

Hüquq müdafiəçisi qarpızın tərkibinin xüsusi cihazla yoxlanıldığını, bu cihaz vasitəsilə dərmanların miqdarının müəyyənləşdirməyin mümkün olduğunu əlavə edib: "Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır".

Həkim İradə Məmmədova isə deyir ki, təbii yetişdirilmiş qarpızdan da zəhərlənmə mümkündür. "Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir, halbuki zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər. Sadəcə olaraq, qarpız zəhərlənmə prosesini sürətləndirir".

Qarpızdan zəhərlənmənin əlamətlərindən danışan həkim deyib ki, bu zaman həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, soyuq tər basması müşahidə edilir. "Əgər botulizm varsa, bu hal ölümə gətirib çıxara bilər. Buna görə də, zəhərlənmə əlamətləri baş verən kimi həkimə müraciət edilməlidir. Həkimə vaxtında müraciət edilməməsi xəstənin ağırlaşmasına səbəb olur".

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, hazırda əksər bölgələrdə qarpız yetişdirilir. Lakin Sabirabad, Saatlı və Abşeronda becərilən "Cəfərxan", "Qalaktika", "Krimson svit" sortları daha məşhurdur. (Mənbə: Virtualaz.org)



Oxşar mövzular:
  • Qarpız doğrudan da möcüzədir! - Faydalarına inanmayacaqsınız
  • Sabirabadda ``Qarpiz Festivali``))
  • Professorlarımız qara qarpız axtarırlar
  • Qarpız xərçəng xəstəliyindən qoruyur
  • Qarpızın faydaları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Style I Style II Style III