Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Cipsi xərçəng yaradır

Cipsi xərçəng yaradır

 

Bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur. Kartofdan hazırlanan çipsinin ürəyə mənfi təsiri onun tərkibindəki bəzi maddələrin (bir çox qızardılmış qida məhsullarının tərkibinə daxil olan maddələrin) miqdarının yüksək olması ilə bağlıdır.
Dünən əvvəlcə ərzaq məhsulları satılan bir neçə mağazada olub cipsi satışının səviyyəsi ilə maraqlandıq. Satıcılar çipsinin ən çox satılan qida sırasında olduğunu bildirdilər: "Mağazamızda ən çox satılan qidalardan biri də çipsidir. Onların xəstəlik yaratması ilə bağlı heç kəs narazılıq bildirməyib. Əgər elə olsaydı, valideynlər onu alıb uşaqlarına verməzdilər, ya da yuxarılar onun satışını qadağan edərdi. Bizə çipsinin satılmaması ilə bağlı göstəriş verilməyib”.
Alıcılar da ən çox sevdikləri qida məhsullarından birinin çipsi olduğunu dedilər. "Mən oğlum üçün hər gün çipsi alıram. Demək olar ki, başqa xörək yemir. Mən özüm də yeyirəm, ancaq səhhətimdə problem yaranmır. Bir də ki, əgər zərərlidirsə, niyə dükanlarda açıq-aşkar satırlar?” - deyə tibb bacısı Gülnaz İsmayılova söylədi.
2 azyaşlı uşaq anası olan digər alıcı Rəvanə Quluzadə də övladlarının istəyi ilə onlara cipsi almağa məcburdur. O deyir ki, bu məhsullar əsl keyfiyyətlə hazırlansa, heç bir zərəri olmaz: "Ancaq indi bəzi dükanlarda, hətta iri marketlərdə həftələrlə günün altında qalan mallar çoxdur. Cipsinin tərkibində olan zülallar, karbohidratlar və digər məhsullar günəş şüasının təsiri altında tərkibini dəyişir. Normal saxlasalar, cipsi də təhlükəli olmaz”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə başqa fikirdədir. O, çipsinin təhlükəli olduğuna əminliyini ifadə etdi: "Çipsi istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə olunur. Bir çox Avropa ölkələri bu cür malların əleyhinədir. Dünya bununla bağlı problem yaşayır. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qanun qəbul olunanda Azad İstehlakçılar Birliyi olaraq bildirmişdik ki, ölkəyə GMO mallarının gətirilməsinə qadağa qoyulsun. Lakin həmin qanun Azərbaycana GMO mallarının gətirilməsinə hətta yaşıl işıq yandırdı. Bu gün ölkəmizdə kifayət qədər GMO əkilir, biçilir, satılır. Kartofdan hazırlanmış çipsilər də bura daxildir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar çipsilərin istifadə edilməsinə qarşıdır. Azərbaycan bunu qarşısını almaq üçün xüsusi addım ata bilməyəcək. Çünki ölkəmizdə ondan da təhlükəli ərzaq məhsulları var. Azərbaycanda bunu müəyyən edən bircə laboratoriya da yoxdur. Bu sahə ilə cəmi 10-15 adam məşğul olur. GMO-nun insan həyatına nə vaxt təsir edəcəyi bilinmir. Ancaq onlar çox təhlükəlidir. GMO malları təbiətin biomüxtəlifliyinə ciddi təsir göstərir. Çalışmaq lazımdır ki, uşaqlar çipsidən istifadə etməsinlər. Çünki çipsinin çox güclü fəsadları var.
Ümumiyyətlə, çipsi Avropa ölkələrində arzuolunmaz qidalar siyahısına daxildir”


Oxşar mövzular:
  • Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!
  • Siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq
  • Uşaq qidaları təhlükə saçır - Həkimlərin növbəti fırıldağı
  • Ölümü cəmi 1 manata alırıq
  • Mağazadan mal alarkən ehtiyatlı olun...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2022    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III