Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ali məktəblərə qəbul qaydası dəyişir - Millət vəkilindən açıqlama

  • Müəllif  Admin
Ali məktəblərə qəbul qaydası dəyişir

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar birmənalı qarşılanmır.

Məsələ ilə bağlı danışan millət vəkili Asim Mollazadə bildirib ki, əsas məqsəd ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır: 

"Ali məktəblərə qəbul prosesi dəyişdiriləcək. Bu addım 2 il sonra üçün nəzərdə tutulub. Müəyyən modellər düşünülüb təkliflər veriləcək. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir. Əsas məqsəd test üsulunun yeni formada tətbiqi, Azərbaycanda təhsil sisteminin dəyişilməsi və ali məktəblərə qəbul zamanı korrupsiyanın qarşısının alınmasıdır. Müəyyən istedadlı abituriyentlər üçün şərait yaradılması, onların bacarıqlarının üzə çıxarılması bu sistemin xüsusiyyətlərindən biri olacaq”. 

Millət vəkili bildirib ki, əgər yeni sistem keyfiyyətli təhsilə yol açacaqsa, bu, savadlı kadrların yetişməsinə gətirib çıxaracaq: 

"Məleykə Abbaszadə hələ qəbul qaydalarında nəyin necə dəyişdiriləcəyi barədə konkret heç nə deməyib. Bu barədə dəqiq məlumat verilməyib. Əgər yeni variant test üsulundan mütərəqqi olub, keyfiyyətli təhsilə yol açacaqsa, bu, Azərbaycanda savadlı kadrların yetişməsinə gətirib çıxaracaq”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsahibəsində iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyinə dair fikir səsləndirmişdi: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.


Oxşar mövzular:
  • Qəbul imtahanı ilə bağlı - MƏLUMAT
  • Qəbul imtahanı ləğv edilə bilər
  • İyulun 2-də növbəti imtahandır
  • Azərbaycanda şagirdlər üçün yeni xəbər
  • Attestat imtahanının necə keçiriləcəyi açıqlandı


  • Gerİ dön


    2 şərh


    • Ali m?kt?bl?r? q?bul qaydas? d?yisir - Mill?t v?kilind?n ac?qlama » Take.Az | Aznetd? ?n real kollektiv..., 2017 Azeri mp3, 2017 turk mp3, 2016 xarici mp3, 2017 deyisme meyxanalar, 2017 azeri mahnilar, 2017 turk mahnilar, 2017 xarici mahnilar, 2017 yeni mp3ler, 2017 yeni mahnilar, 2017 turk mp3, 2016 xarici mp3, 2016 deyisme meyxanalar, azeri mahnilar, turk mahnilar, xarici mahnilar, 2017 yeni mp3ler, yeni mahnilar, moda, deb, yeni xeberler, musavat xeberleri, hava haqqinda xeberler, online oyun oynamaq, dini sekiller, sevgi sekilleri, romantik sekiller, lut qiz sekilleri www.TAKE.az | mp3,geyimler,sac duzumleri,proqramlar,sekiller,aforizmler,menali sozler,yumor,burcler,download,full albomlar,musiqi,ulduzlar,chat,forum

      Отличный Torrent-Pleer смотрите и скачивайте
      фильмы, сериалы бесплатно и без рекламы.
      Сегодня добавленно:
      Гоголь. Начало (2017)
      Тайна 7 сестёр (2017)
      Малыш на драйве (2017)
      Оно приходит ночью (2017)


    • Zikulliks
    • Xəbərlər: 0
    • Şərhlər: 18
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III