Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qəbələ titrədi...

  • Müəllif  Admin
Azərbaycanda güclü zəlzələ gözlənilir?

Qəbələ şəhərində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, yerli vaxtla saat 054512-də Qəbələdən 24 km şimal-qərbdə, Qəbələ ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Məsələ ilə bağlı açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli bu tip zəlzələlərin narahatlığa səbəb yaratmadığını bildirib:

"3-4 bal gücündə zəlzələ adi hal sayılır, heç bir təhlükə törətmir. Bu tipli sıradan zəlzələlər çox olur, bəziləri hiss olunur, bəziləri isə hiss olunmur. Bu isə ocağın dərinliyindən, maqnitin aşağı-yuxarı olmasından asılıdır. Zəlzələnin gücü haqqında əvvəlcədən proqnoz vermək mümkün deyil”.



Oxşar mövzular:
  • Azərbaycanda zəlzələ olub
  • Şamaxıda zəlzələ olub
  • Azərbaycanda zəlzələ oldu
  • Azərbaycanda zəlzələ oldu
  • Xəzərdə zəlzələ olub...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Oktyabr 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III