Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakının işğaldan azad edilməsindən 99 il ötür

  • Müəllif  Admin
Bakının işğaldan azad edilməsindən 99 il ötür

Bu gün Bakının işğaldan azad edildiyi gündür.

1918-ci ilin məhz bu günü, 15 sentyabrda Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya gələrək şəhəri erməni-bolşevik işğalından azad edib. 99 il əvvəl baş verən bu hadisə nəticəsində həm ölkəmizin müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. 

Bu, Azərbaycan tarixinin ən şərəfli, qürurverici günlərindən biridir. Çünki Azərbaycanın müstəqilliyi 1918-ci ilin 28 mayında elan olunsa da, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Bu isə ərazi bütövlüyümüzü təmin etmək üçün yetərli deyildi. Belə çətin bir zamanda qardaş Türkiyə Nuru Paşanın komandanlığı ilə ordusunu Azərbaycana göndərib. Qafqaz İslam Ordusu möhtəşəm qələbə ilə Bakını işğaldan azad edib.  

Bununla da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edib. Bu hadisədən iki gün sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb. Bakımızın işğaldan azad edilməsi böyük təntənə ilə qeyd edilib. Bu, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının daha da dərinləşməsinə zəmin yaradıb.  

Bakının azad olunması üçün aparılan hərbi əməliyyatlar zamanı Osmanlı ordusu 1130 şəhid verib. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin önündə anma mərasimi keçirilir. 



Oxşar mövzular:
  • Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür
  • Azərbaycanda Ordu günü qeyd olunur
  • Azərbaycan Xalq Cümhuriyyətinin 98 yaşı tamam olur
  • Kəlbəcərin işğalından 23 il ötür
  • 31 Mart - Azərbaycanlıların soyqırımı günü


  • Gerİ dön


    1 şərh


    • Bizim ölkəmiz hər şeyə qadirdir. biz Qarabağıda alacağıq mən buna əminəm. bir də ki o vaxt bizə yardım çı olan türk ordusu və başda nuru paşa. hər birinə allah rəhmət etsin. başda M.Ə.Rəsulzadə. və F.x.Xoyski


    • Stella21
    • Xəbərlər: 0
    • Şərhlər: 4
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Ram cabbaroff
           516749038
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Cavad_716
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    elvi0020
           Нет
    Şərhləri: 1
     
    «     Dekabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Style I Style II Style III