Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dollarla bağlı Mərkəzi Bankdan - VACİB AÇIQLAMA

  • Müəllif  Admin
Dollarla bağlı Mərkəzi Bankdan

Cari ilin 9 ayı ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

İcmalda deyilir ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan dollar fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 2016-cı ilin sonuna dolların manata qarşı məzənnəsi 1,7707 manat səviyyəsində olubsa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 manata qalxıb, 27.09.17 tarixində isə minimum həddinə - 1.7002 manata enib.

AMB bildirir ki, 2017-ci ilin 9 ayının sonuna manata nəzərən dollar ilin əvvəlindən 4% ucuzlaşıb. Hesabat dövründə 1 dolların manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1,7279 manat təşkil edib.

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0,5% bahalaşıb.

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 sentyabr 2017-ci il tarixinə AMB-nin xarici valyuta ehtiyatları 5,2 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyib.



Oxşar mövzular:
  • Bu şəxslərin maaşları artdı - DİQQƏT
  • Dollar 1,54-ə düşdü
  • Krediti olanlar sevinsinlər
  • Banklarda ödənişi gecikdirilmiş kreditlər artıb
  • Mərkəzi Bankın ehtiyatları azalıb


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Men_Seni_Sevirdim❤
           Нет
    Şərhləri: 1
     
    Şahin_Kulu zadehzzz
           Нет
    Şərhləri: 1
     
    Sənan H-ov
           Нет
    Şərhləri: 1
     
    Medine57
           Нет
    Şərhləri: 1
     
    «     Yanvar 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Sono Andato :)

    Sono Andato :)

    7-11-2017, 11:31

    Style I Style II Style III