Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Temperatur 5 dərəcə enəcək, yağış yağacaq

  • Müəllif  Admin
Temperatur 5 dərəcə enəcək, yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Xəbərdarlıq

Noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.



Oxşar mövzular:
  • Hava yenə soyuyacaq, yağış yağacaq... - Çətiri unutmayın!
  • Hava yenə qeyri-sabit keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQ!
  • Hava yenə pisləşəcək - Yağış yağacaq... / Proqnoz
  • Güclü külək olacaq, dolu düşəcək, qar yağacaq - Hava proqnozu
  • XƏBƏRDARLIQ: Qar yağacaq, temperatur 3-5° enəcək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    flame.az
           Нет
    Şərhləri: 4
     
    Nazlı Çiçek
           123456
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    NikaFet
           274523662
    Şərhləri: 1
     
    «     İyun 2018    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III