reklam
Yaşayan ölüyəm bu dünyada Yaşayan ölüyəm bu dünyada http://take.az/uploads/posts/2015-12/thumbs/1449564678_966_npwyl6q.jpg
♥Мой Мир♥

♥Мой Мир♥ Maraqlı 8-12-2015, 11:51

Yaşayan ölüyəm bu dünyada

Yaşayan ölüyəm bu dünyada

Qaranlıqlar ölkəsində yaşayıram yalnız başına. Heç kimsəm yoxdur bu dünyada. Sadəcə özüm varam yanımda həmişə, ağladıqda da güldükdə də yanımda olan bircə insan var, o da mənəm. Dünyam qaraldı, mənim gözümün işığı getdi. Qaldım yalnız dünyanın ən hündür yerində...

"Hey zalım dünya, sənə meydan çıxıram!" deyə qışqırmaq istəyirəm. Hər an namərdliyə məruz qalan yalnız insanam mən. Çətin suallarla dolu bir imtahandır həyatım. Qəribədir, bu qədər insanlar qala-qala niyə mən? Hər zaman arxamca min söz deyən insanlar gördüm mən.

Heç kimin yaşamadığı hissləri, eşitmədiyi sözləri eşitdim mən. Dost bildiyim insan atıb məni

Yadımdadır o gündən sonra çox dəyişmişəm, artıq əvvəlki kimi deyiləm. Daha heç kimə güvənmirəm, çünki hər mələyin ardında bir şeytan olduğunu çox yaxşı bilirəm, siz bunu öyrənməsəz də. O vaxtlar çox ağlayırdım, onlar üçün sən demə boş şey imiş. Heç kim məni başa düşməz, bilirəm, amma dərdimi deyirəm, bəlkə dərman tapan olar. Kaş o insanlar üçün ağladığımda bu səfil gözlərim Allahın hüzurunda ağlayardı, yenə heç olmazsa bir savab qazanardım.

Mən sadəcə bir ölüyəm. Getmişəm bu dünyadan, ancaq bir hissəm buradadır, bir hissəm orda sanki. Səni sevən olmadıqca sən birini sevmədikcə ölü, ya diri nə fərq edər ki ? Gözüm yox, qəlbim ağlayır. Artıq özləmirəm heç kimi. Sizə də məsləhətim özləməyin özlədin, ağlamayın ağladın ki, dəyərinizi bilsinlər. Bir düşünün, indi sizin dostunuz, can dediyiniz insan gələcəkdə sizin yanınızda olacaqmı? Dost yoxdur, bu söz sadəcə əsl üzü gizlədən bir sözdür.

Sadəcə bunu deyim: "Yaşayan ölüyəm bu dünyada…"

Yaşayan ölüyəm bu dünyada

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 374 407 350 388 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.