reklam
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 2-Danielin həyatıma gəlişi Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 2-Danielin həyatıma gəlişi http://take.az/uploads/posts/2018-03/1521881463_29087200_1443070715797236_7759405934064959488_n.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 25-03-2018, 00:49

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 2-Danielin həyatıma gəlişi

Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 2-Danielin həyatıma gəlişi
Lənətlənmiş gəlinlik.(Hekayə) Bölüm 2-Danielin həyatıma gəlişi


Qorxuları ilə üzləşməyi sevənlərin hekayəsi.

…Səbinə məktubu oxuduqdan sonra kənara qoydu.Kitabı açıb və onu vərəqləməyə başladı Kitabda gördüyü rəsm onu heyrətləndirmişdi. Gözlərinə inana bilmədi həqiqətən düz görürdümü şəkildəki tanış şəxs idi. Gözlərini ovub diqqətlə baxdı. …. O üzünü pəncərə tərəfə çevirdi artıq səhər açılmışdı. Kitabı şkafın üzərinə qoyub hamama keçdi və əl üzünü yudu. Bütün gecəni oyaq qalmışdı. Ən azından yeni bir şey öyrənmişdi.
Ülviyyə : Qızım gəl yemək hazırdı.
Səbinə: gəlirəm, anacan.
Onlar birgə süfrə başına əyləşdilər. Ülviyyə heç nəyi əskik etməmişdi. Süfrədə barmaq qoymağa yer yox idi. Səbinə isə yenə də fikirli idi. Elindəki bıçaqla qabın üzərinə sanki dairə çəkirdi. Ancaq bir istiqamətə baxırdı və sifətində məyusluq ifadəsi vardı. Bütün bunlar da artıq anasının hər gün gördüyü amma heç nə ilə qızına kömək edə bilmədiyi adət halını almış Səbinənin depresiyalarının göstəriciləri idi. Amma bu gün artıq Ülviyyə nəhayət nəsə etməli idi. Odur ki artıq bu gördükləri haqqında susmadı.
Ülviyyə: Qızım məni dinlə amma bu dəfə sözümə kəsmə
Səbinə: Yenə əgər psixoloq falan deyəcəksənsə qulaq asmayacam.
Ülviyyə: bu psixoloq Türkiyədə oxuyub. Araşdırmışam gənc olmasına baxmayaraq çox xəstələrə kömək edib....
Səbinə: anacan mənim heç bir psixoloqa ehtiyacım yoxdu.
Ülviyyə(əsəbləşərək) : sən o axmaq yuxulların həqiqət olduğuna inanırsan.
Səbinə: çünki həqiqətdi. Bilirəm mən Jaıəni gördüm o da sənin, mənim kimi canlı idi. Sadəcə heç kəsin onu görməsini istəmirdi. Mən gedirəm psixoloq falan araşdırmağı da unut. Hər dəfə psixoloqların yanına getdikdə heç bir xeyri olmadığını sən də görmüşdün.
Səbinə süfrədən qalxdı. Anasını öpdü
Səbinə: Anacan mən getdim?
Ülviyyə onun getdiyini gördü və arxaya dönüb soruşdu.
Ülviyyə:Hara ?
Səbinə: Jaləgilə gedəcəm. Onun atasına da hər şeyi danışacam. O mənə inanır. Həm o da həqiqəti bilməlidi.
Ülviyyə: hər gün onlardasan. Sən Jalə haqqında hər şeydən uzaq olmasan. Ora getdikcə daha pis olursan.
Səbinə: ana mən onlara getmək istəyirəm. Orda olanda özümü daha yaxşı hiss edirəm. Mən gedirəm ana məni saxlama.
Ülviyyə: Səbinə. Dayan getmə.
Anası nə qədər çalışsa da Səbinəni saxlaya bilməmişdi. Səbinə isə yenə o məyus ifadə ilə irəliləyirdi. Yenə də fikirliydi. Yolu keçən zaman hansı işığın belə yandığına baxmadan yolu keçirdi. Ancaq siqnal səsinə və kiminsə onu qucaqlayıb yerə yıxdığında sanki yuxudan ayılmış kimi oyandı. Gözünü onu qurtaran oğlanın gözlərinə zilləmişdi. Oğlan da onun gözlərinə baxırdı. Oğlanda nəsə çəkicilik vardı o gözəl gülümsəmə Səbinəyə sanki sevinc gətirmişdi bir an. Mavi gözləri ilə istədiyi şəxsi özünə cəlb edə bilmək üçün yardım exə biləcəkdi və o dəqiqə Səbinəni də sanki ovsunlamışdı. Hər şeyi unudub yalnız bu gözlərə baxmaq istəyirdi. Bir birlərinin gözlərində itən bu gənclər Səbinəni az qala vuracaq sürücünün səsi ilə bi birindən uzaqlaşdılar.
Sürücü : yoluna bax az qala səni vurmuşdum.
Sözlərini deyib ordan qaçdı. Daniel( səbinəni xilas edən) əsəbləşmişdi.
Daniel: bu dəqiqə onu öldürəcəm.
Səbinə: xahiş edirəm heç nə etməyin günah məndədi.
Daniel: siz yaxşısınız?
Səbinə: hə sadəcə bir az başım hərlənir.
Daniel: xəstəxanaya...
Danielin sözü ağzında qaldı. Səbinə bir andaca huşunu itirdi.
Səbinə fikirləri. Gözümü açmaq istəyirəm. Amma qorxuram. Gözümü açdığım an anam əlimi tutub. Anlamaqda çətinlik çəkirəm. Başımda ağrı var. Anam niyə ağlayır görəsən. Anam həkimə oyandığımı dedikdə həkimi otağı boşaldır. Mənə müxtəlif suallar verir. Amma cavab vermək istəmirəm. Sakitlik istədiyimi söyləyirəm. Otağı boşaldırlar. Diyəsən mənə sakitləşdirici vururlar. Gözlərim yenidən qapanır və yuxum gəlir.
****************
1 neçə saat sonra.
Ülviyə: qızım yaxşısan
Səbinə: ana dedim axı yaxşıyam.
Ülviyə:Məncə həkim səni evə buraxmaqla düz etmədi.
Səbinə: ana həkimdi bu neçə il oxuyub ondan çox biləcəksən.
Ülviyə: yaxşı amma psixoloqa girək sonra. Sən stress depresiya içindəsən ona görə belədavranırsan.
Səbinə: of burdan çıxardacaqsansa yaxşı.
Otaqdan çıxdılar. Ülviyyə həkimi görüb ona yaxınlaşdı. Səbinə isə anasının hara getdiyini bilmirdi amma düşünürdü ki yəqin psixoloqu tapıb. O da onun dalınca getdi yaxınlaşanda isə bu qədər qaçdığı psixoloqu gördüyünə sevindi.
Səbinə: siz.
Daniel: siz o qızsız.
Ülviyyə : sən Danieli tanıyırsan.
Səbinə : ana məni maşını altına düşməkdən xilas edən o idi.
Ülviyyə: çox sağolun. Sizə zəng etmişdim qızımla bağlı yadınızdadı. Onun psixoloqa ehtiyacı var sizin vaxtınız varsa ona baxa bilərsiniz?
Daniel: bu gün alınmayacaq amma sabah 5də baxaram.
Səbinə: sağ olun biz gedək onda.
Daniel: sağ olun.
Ülviyyə xəstəxanadan çıxdıqda soruşdu.
Ülviyyə: gələcəksən də etiraz falan etməyəcəksən.
Səbinə: yox gələcəm narahat olma indi isə evə gedək..
***************
Səbinə anası ilə birgə televizorun qarşısındadı amma fikri tamam başqa yerdədi.
Ülviyyə: qızım bax ölən adama yazıq cavan imiş.
Səbinə : ana məni maraqlandırmır.
Ülviyyə: qızım səni nə maraqlandırır ki ancaq Jalə.
Səbinə başını qaldırıb söz deyəcək di ki ekranda gördüyü mənzərə qarşısında şok oldu. Ölən həmin sürücü idi. Səbinənin rəngi qaçdı.
Ülviyyə : qızım noldu.
Səbinə: ana televizorun səsin ver.
Ülviyyə : yaxşı dedi.
Jurnalist: bu adam günorta saatlarında çayda tapılıb. Boynunda canavar çaqqal dişlərinin izlərinə bənzər izlər var.
Səbinə (düşüncələri)
Qorxuram. İçimdə bir his var sanki bir canavar məni izləyir. Ellərimin əsdiyini hiss edirəm. Ürəyim bərk bərk döyünür. Bəlkə də bu insanın ölümündə günahkar mənəm. Amma mən istəməzdim. Nəfəs ala bilmirəm. Allahım bu nə hiss di. Evvəl Jaləni əlimdən aldılar. İndi isə məni rahat buraxmırlar. Heç kəs mənə inanmır. Dəli olduğumu düşünürlər. Amma mən dəli deyiləm.
Ülviyyə: qızım yaxşısan.
Səbinə əsə əsə : mənim günahım deyildi ana mən heç nə etmədim. Mən bunun olacağın bilmirdim.
Ülviyyə qızını qucaqladı. Səbinə isə ağlaya ağlaya hələdə sayıqlayırdı.
Səbinə: ana mənim günahım yoxdu. Mən heç nə etmədi.
Ülviyyə qızını sakitləşdirici verdi.
Ülviyyə: qızım al iç qızım.
Səbinə: ana mən sakitləşdirici istəmirəm ana. Bu məni yuxuladır. Amma oyananda daha çox əzab çəkirəm.
Səbinə çarəsiz qalaraq sakitləşdiricini içdi və elə divanda da yuxladı.
************
Səhər olmuşdu. Səbinə anasının oyanıb oyanmadığını yoxlayıb otaqdan çıxdı.. Anası yatmışdı oda bundan istifadə edib evdən çıxdı. Yolda yavaş addımlarla yeriyirdi ki qoca qarı ilə rastlaşdı. Nə edəcəyini bilmədi. Birdən yadına düşdü ki bu qadının rəsmini kitabda da görmüşdü. Bəs bu həqiqətən belə idimi? Çantasını açıb kitaba baxdı. Emin oldu amma o çox təəcüblənmişdi çünki kitabdakı təsvir olunan rəsmdəki qadın qoca qarının indiki halıydı. Bu necə mümkün idi. Artıq qız nə edəcəyini bilmirdi. Bu lənəti qırmağa gəlinləri xilas etməyə kömək edə biləcək şəxs bəlkə də məhz o idi. O qoca qadına tərəf irəliləməyə başladı. Qadın isə getdıkcə ondan uzaqlaşırdı. Səbinə tənginəfəs ona tərəf qaçırdı. Hara getdiyinin fərqində belə deyildi. Bu qadın isə hələ də irəliləməkdə idi. Birdən qadın ayaq saxladı. Bura kohnə bir məzarlıq idi. Vahiməli bir yerə bənzəyirdi. Məzarın ətrafında çoxlu kollar vardı. Bu məzarlıq haqqında çox az insan bilirdi. Bəlkə də cəmi 7 nəfər və bu qarı……..
….Səbinə evə qayıdırdı. Qəbirstanlıqda gördükləri onu çox qorxutmuş və təəccübləndirmişdi. Hansı tərəfə gedəcəyini də bilmirdi. Həm hava qaralmışdı, həm də qarının ardınca qaça-qaça gələndə heç yola fikir verməmişdi. Bəs hansı tərəfə gedəcəkdi. ətrafda bir insan da yox idi. Bu məzarlıqda ilişib qalmışdı. Yerdə ancaq məzarlar vardı. Ölü sakitlik vardı yalnız çəyirtkələrin səsi eşidilirdi. Bir insan belə yoxdu ətrafda. Səbinə qorxudan əsirdi. O nə qədər etrafda gəzindisə yenə də buradan çıxmağın yolunu tapa bilmədi. Hansı tərəfə çevrilirdi məzarları görürdü. Məzarlıq nəinki gecə vaxtı heç səhər gəzmək üçün də yaxşı deyildi fikir deyildi. Çoxlarının gündüz vaxtı gəlməyə qorxduğu qəbirstanlıqda o gecə vaxtı azmışdı. Artıq bu qaranlıq bir yol tapa bilməyəcəyini başa düşdü. Burda gecələyəcəkdi. Amma necə qalacaqdı. Həm çox qorxurdu. Həm də burda başına istənilən hadisə gələ bilərdi. Yerdə oturdu. ətrafdakı qəbir daşlarını gördü bir daha qorxuya düşdü. Bu gün ancaq vahiməli bir gün keçirtmişdi. Artıq heç nə edə bilmirdi. Acımışdı özü də çox onsuzda səhər heç yaxşı yemək yeməmişdi. Ama birdən yadına düşdü ki anası onun üçün yeməyə nəsə qoyub. Yenə də anası dözməmişdi. Anaların ürəkləri kövrək olur. Onun üçün yemək qoymuşdu. Bəlkə də anası onun bütün günü ac qalacağını bilsəydi, o sunkanı ağzına qədər yemək qoyardı
Səbinə təzəcə çörəyə əlini vurmuşdu ki uzaqdan qaraltı gördü. O qeder qorxurdu ki elleri esirdi. Qaraltı get-gedə yaxınlaşırdı.ulaşma sesleri gelirdi. Bunlar canavarlar idi. Gözləri qıpqırmızı, dəriləri bomboz. İnsan baxdıqca vahimələnirdi.onlar getdikcə yaxınlaşırdı. Onlar yaxınlaşdı ama Səbinə o qədər qorxmuşdu ki özünü itirmişdi. Birdən özünə gəldi. Başa düşdü ki əgər vaxt itirsə bu canavarlar onu parça parça edəcək. o hər şeyini burda qoyub qaçdı. Artıq yemək falan vecinə deyildi. Bu canavarlrdan qaçıb qurtulmasaydı özü onların yeminə çevriləkdi….
9 saat əvvəl – uzaqda qarını gördü məzarın tam qarşısında ona tərəf getdi. Bu məzarlıq tük ürpətici idi. Qarı yerindən tərpənmirdi. Onun dərisi uzaqdan çox solğun idi. Qoca qarı düz ona tərəf baxırdı. Düz onun gözlərinin içinə. Səbinə ona tərəf getdi.
Səbinə: - Mənim dostum hanı ?, onu hara apar qaytar onu səni bu qədər axtardım niyə yox idin? sən kimsən ? dostumu mənə geri ver.
Qarı: - Köhnə tanışları belə qarşılayırlar,
- Mən səndən dostumu qaytarmağını istəyirəm eşitdin qaytar onu .
- Məgər o kitabı oxumamısan, onu sənə verməyiblər?
- Kitab məsələsin hardan bilirsən?
- Sən kimsən bütün bunları hardan bilirsən ?
- Mənim kim olmağım vacib deyil sən vaxtı gələndə bunu öyrənəcəksən.
- Vaxtı nə vaxt gələcək,?
- Sən indi əsas kitabı qoru, onu itirməməlisən.
- Niyə axı , sən bütün bunları hardan bilirsən sən kimsən? Kitabda sənin niyə şəklin var axı?
- Kitabı qoru bunu deyib qarı qarşiya tərəf getdi. Səbinə də onun dalınca. Birdən qarı yoxa çıxdı o hansı tərəfə baxdısa yenə də onu tapa bilmədi. Yenə də qaçmağa başladı.axırdaa tənginəs oldu. Birdən məzarlıqda gördüyü səhnə onu dəhşətə gətirdi. Bir canavar məzarın üzərində canavar vardı. Sanki canavar ağlayırdı. Gözlərindən yaş axırdı.
Düzdü bu canvar ağlayırdı. Amma bu onun yırtıcı heyvan olmasını dəyişmirdi. Səbinə uzaqdan onu izləyirdi. Hətta ona yazığı belə gəlmişdi. Ondan nə qədər qorxsa belə. Birdən canvar ona tərəf çevrildi. Onu gördü və ona tərəf gəlməyə başladı. Səbinə qaçmağa başladı. Canavar ona hücum etmək istəyirdi ki. Başqa bir canavar ona hücum etdi. Səbinə isə arxasına baxmadan bacardığı qədər qaçdı. Birdən ayağı ilişdi və yıxıldı oyananda artıq gec idi hər tərəf qaranlıq idi.burda məzarlıqda ilişib qalmışdi hər şey belə baş vermişdi. Indi isə canavarlardan qaçırdı. ..bütün əşyalarını atıb qaçmağa başlamışdı. Əvvəl gördüyü canavarlar da bunların içərisində idi. O bu günün dəhşət işərisində keçirmişdi.indi canavarlardan qurtulmağın bir yolunu tapmalıydı.
O qədər qaçdı ki artıq yorulmuşdu daha canavarlar da görünmürdü. Artıq onun yeməyi də yox idi. Amma əsas o idi ki, canavarlardan canının qutarmışdı. O səhərə qədər bura da qaldı. Səhər oldu o burdan çıxmağın yolunu axtarırdı. Bir təhər axtarıb məzarlıqdan çıxış yolunu tapdı. Yolda heç bir insan yox idi ele bil kimsəsiz bir yerdə idi məzarlıqdan çıxış yolu tapmışdı bəs evə necə gedəcəkdi. O artıq çox yorğun idi. Dünəndən bəri heç nə yeməmişdi. Artıq dözə bilmədi huşunu itirib yerə sərildi...
Səbinənin düşüncələri:
..._-səbinə səbinə diyəsən ayılırsan.
Görəaən bu kimdi gözümü açmaq istəmirəm. O canavarlardan qorxuram. Amma açmasam məni parçalya bilərlər. Amma mənim adımı söyləyən kimdi. Qorxuram Allahım. Gözlərimi açdığım an Danieli gördüyüm an sevinməliyəmmi?
Daniel: Səbinə yaxşısan
Səbinə - mən hələ də qorxuram. Bu insan bslə məni qorxudur. Bəlkə də gecə yaşdıqlarımdandır. Bəlkə də yox. Başım yenə ağrayır. Amma o mənə sual verdi. Cavab verməliyəm. Axı ona belə güvənmirəm. Bəlkə də sürücünü o öldürüb məni də öldürə bilər.
Səbinə: yaxşıyam məni evə apar.
Daniel: əlbəttə. Sən nəsə demək istəyirsən.
Səbinə: sən dünənnnn dde din ki süü rücüyə səəə ni ölll dürəə cəm.
Daniel güldüvə sonra : onu öldürdüyümü düşünürsən? Həkimlər öldürmür xilas edir. Onu canavar ya çaqqal öldürüb. Axır zamanlar bizim xəstəxanaya bunun üçün çox gəirlər.
Səbinə- yəqin ki mən axmaq düşüncələrə dalmışam. O mənim həyatımı belə qutardı mən isə gör nələr düşünürəm.
Səbinə: bağışla mən yaşadıqlarımdan sonra bir az....
Daniel: başa düşürəm. Gəlib çatdıq. Bu gün istirahət elə sabah xəstəxanaya gələrsən danışarıq. Daniel onu evə qoyduqdan sonra maşınına minib getdi.
Ülviyyə qızını qapıda qarşıladı
Ülviyyə: Mən sənin üçün çox naraahat idim.telefonuna nə qədər zəng etsəm də zəng çatmırdı.
Səbinə: ana sonra bu barədə danışarıq indi isə acımışam nəsə yeyək.
Səbinə iki gün idi heç nə yemirdi. Qurd kimi acımışdı. Yemək yedilər. Səbinə düşünürdü ki özünün yol tapa bilmədiyi yerdə heç bir insan olmadığı halda Daniel onu necə tapmışdı axı bu Daniel kim idi. Birdən anası ona dedi:
- Qızım yenə nə fikirləşirsən yenə
- Heç nə ki gündə bir az yorulmuşam
- Axı sən hara yoxa çıxmışdın
- Mən.. Eslində yorğunam sonra bu barədə danışarıq
Ülviyyə: qaç qaç axır əvvəl danışacaqsan.
Səbinə kitaba baxırdı kitabını tapmışdı. Amma o düşünürdü ki bu necə mümkün idi. O kitabı necə tapmışdı bəlkə o Səbinəni izləyirdi. Necə olmuşdusa artıq olmuşdu. Kitabı açdı qarının şəklinə baxdı düşündü. Yadına dostunu son gördüyü günlər düşdü.
************
Jalənin gəlinlik aldığı gün-
....Səbinə fikirli idi. Evdə fikir onu bürümüşdü. Qarını ondan başqa heç kəs görməmişdi. O Jaləgilə getdi hələ də fikirli idi. Jal ondan soruşdu:
- Nolub sene bu gün heç yaxşı görünmürsən?
- Bilmirəm gəlinliyin ...jalə onun sözünü kəsib dedi:
- Hə gəlinliyimi çox sevirəm
- Hə lap yaxşı. Mən özümü pis hiss edirəm getmək istəyirəm getsəm incimərsən ??
- Hə doğurdan da get dincəl. Amma toyumda belə eləsən birdə məni görməyəcəksən..
Səbinə bu sözləri eşidəndə qarınının sözləri yadına düçdü qarı ona dostunu son görüçü olduğunu toydan sonra onu görməyəcəyini demişdi. Özündən asılı olmayaraq göz yaşları sözünə baxmadı. O jaləni bərk bərk qucaqladı.
***********
Səbinə görəsən o canavar niyə o qəbirin üstündə ağlayırdı. Qarı yoxa çıxdı onu da itirdim. Onu harda axtarmalıyam. Danielin məni necə tapdığını öyrənməliyəm. Bütün bunlarla nə edəcəm Jalə yanımda olsa idin mənə kömək edərdin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
793 716 744 754 774 733

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.