Gələrəm torpağın dərinliyindən,
Çağırsan oləndən sonra məni sən.
Ruhum məzarımda sakitlik tapmaz,
Gözündə bir gilə göz yaşı görsəm.
Gəlib göz yaşınıi silərəm gülüm,
Üzünə yenə də gülərəm gülüm,
Yagışa,leysana dönərəm gülüm,
Gözündə bir gilə göz yaşı görsəm.
Əlindən tutaram soyuq əlimlə,
Üzünü oxşaram gül nəfəsimlə,
Məni itirsən də acı ölümlə,
Yenə də görərsən əgər istəsənş
Gözündə bir gilə göz yaşı görsəm.
Dağları aşaram düzdən kecərəm,
Səninçün zəhəri su tək icərəm,
Sevgini ruhuma körpü edərəm,
Qaranliq dünyadan sənə dönərəm.
Mən sənin xətrinə ay ömrüm günüm,
Bu fani dünyaya bir də gələrəm.
Gözündə bir gilə göz yaşı görsəm,
Əgər bircə gilə gilə göz yaşı görsəm,
Qəlbində yaşaram, bir də ölmərəm...