Take.Az - Həyat Hekayəni Yarat
reklam
_Yene_Tenha_

_Yene_Tenha_ İslam Dini 19-10-2018, 17:52

Əməlin dəyəri nədir?

Əməlin dəyəri nədir?
Take.Az xəbər saytı


İnsanların yaxşılıqlarının ölçüsü əməlin düzgünlüyü ilə kifayətlənməz. Əslində əməli məqam cəhətdən yükəldən amillər - gözəl əxlaq, həmin əməlin bəyənilən olmasına görə ölçülmüş fikirlərdir.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, insanların doğruçu olması xəbəri sizə çatar, ancaq bununla qane olmayın. Onun ağlının və fikrinin doğruluğuna diqqət edin".

Yəni, insanın dərk dərəcəsi mühümdür. Çünki hər kəsin elm və əməli ağlının miqdarına görə olar.

insan əməli o zaman mənəvi cəhətdən yüksələr ki, insan həmin əməlin bəyənilən olmasını dərk edər və onu ixlasla yerinə yetirər. Bu əməldəki niyyətini və qəsdini düzgün təyin edər. Yəni, həm elmi və həm də əməli onun dərk səviyyəsinin miqdarına əsasən baş verər. Bu əməlin yaxşılığı və bəyənilən olması da məhz bu meyara əsasən müəyyən olunar, yəni dərk səviyyəsinin ölçüsünə görə.

İmam Əli (ə) buyurur: "Ey insanlar! Bilin ki, dininizin təkmil və kamil olması - dini elmi öyrənməkdə və ona əməl etməkdədir. Bilin ki, dini elmi öyrənmək, sizin üçün mal əldə etməkdən daha lazımlıdır.

Çünki mal və ruzi Allah tərəfindən sizin aranızda bölünər. Ancaq İlahi elm, onun əhli yanında saxlanılar. Siz vəzifələndirilmisiniz ki, onu əhlindən tələb edəsiniz. Ona görə də onu axtarın".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, İlahi əhkam və dini göstərişlərə qarşı nadan və cahil olar - sağ olsa da, ölü kimidir. O kəs ki, dini məsələ və göstərişlərə qarşı alim olarsa - dünyadan getsə də, sağdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 423 439 469 427 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.