Take.Az - Həyat Hekayəni Yarat
reklam
Xaliq

Xaliq Statuslar 6-07-2020, 12:43

İlk gözlərini sevdim, Sevgilim!...

İlk gözlərini sevdim, Sevgilim!...
Take.Az xəbər saytı
İlk gözlərini sevdim, Sevgilim!...

Eşq bəzən, getməklə qalmaq arasında bir xətt kimidir, ayrıca mücadilə ediləcək ən böyük savaşdır!
Yorğun salar bu savaş, ya ağıl qazanar, ya ürək..


Qızıl atəşlə, qadın qızılla, kişi isə qadınla əriyib gedər. Ey Eşq, məni al içinə, səninlə ərimək istəyirəm... 


Sevgin hər şeydən əzəl, Səni səninlə sevmək gözəl, Hisslərlə, Xatirələrlə sevmək özəl, Səni Sənsiz sevmək isə - solmuş xəzəl...


Sənə olan sevgim getməsədə ürəyimdən, xəyalın getdi gözlərimdən. Əlimdə xatirələr, gözlərimdə dayanmayan yaşlar, bir də canım var onu da sən al.


Üzümdə illərin xatirəsi , ürəyimdə eşqinin şövqü qaldı. Həyatı Səninlə Sevdim, Sənsizliyimdə xatirələrimi özlədim ...


Səssizlik bürüdü bədənimi , Sənsizliyə möhürlədim qəlbimi. Həyatımda yaşadığım bir ilksən , sanki heç sonu olmayacaq qədər gözəlsən. Sənsiz yaşamaq qaranlıqlar içində itmək kimi, Birdənəm!
İlk gözlərini sevdim, Sevgilim!...


Əlimi hara atsam, sanki Sənin istiliyinə bürünürəm. Hər günüm Sənə , Sənə yazdığım günlərimə həsrət... "Həsrət" qoydum adını..


Gözlərin nəfəsim olsun, nəfəsin ruhuma dolsun, Sevgilim! Bir Səni unuda bilmədim... Səni gözlərimə deyil, qədərimə yazmışam, Sevgilim!


Sən ümidlərim olsaydın , sabahlarımda saxlardım axıb gedən həyatımda... Yalnız bir nəfəsdə xəbərsiz gedişin "qədərimin adı"... 


Sən günəşim oldun qaranlıq dünyama , bir mələksən sanki, səninlə dinclik tapıram bu dünyada... 
Sevirəm Səni, bu can Allahdan sonra Sənə fəda!


Hər günümə məna qatırsan... Bu günlərim və sabahlarımda sən varsan, mən sənə söz vermişəm, biricik EŞQİM, UNUDULMAYACAQSAN!...
O gözəl gülüşünü xəyal edərək təsəlli edirəm Sənsizliyimi...

Səni düşündükcə zamanı unutdum Sevgilim, Sənsiz haram olar mənə nəfəs almaq , Səninlə xoşbəxtəm Sevimlim!...


Gözlərində yaşayıram həyatı... Həyat rəngim oldun, günlərimə doğuldun , Sən arzularıma qanad, diləklərimə bir ümid oldun və hər aldığım nəfəsdə səninlə yenidən doğuldum, Sevgilim!


Mövsümlərim oldun, gözlərin bir baxdığında yaz, bir baxdığında payız...

Düşünülməmiş sözlər araya girdi, Küsdürdüm qəlbini... Özümdən bixəbər, Məhv etdim mənə olan hisslərini...

Doğru sözdür verməz fayda peşmançılıq, Başlandı və yaşanmadan bitdi artıq...
Amma bunu bilməlisən, bir başqası sevsə Səni ömür boyu,
Əvəz eyləməz sevgimi "bir anlıq"...

Bax mən belə sevdim səni, Sevdim amma gizli qaldı, söyləmədim!...
Sevgimi həm hisslərimi, baxışlarımı gizlədim...
Sən baxanda mən baxmadım, o atəşli gözlərinə...


İlk gözlərini sevdim, Sevgilim!...
İlk sənin gözlərini sevdim, Sevgilim!
Ölmədən onları görə bileydim!...
Ömür kitabımın vərəqlərindən,
Sənsiz günlərimi bir-bir sileydim!
Bilmədim qədrini...


Sözlərin oldu qədərim, bəzən əzrailim, bəzən isə həyata səbəbim... Bitirdin içimdəki sevgini, basdırdım içimə gözlərimdəki xəyalını , indi baxıram sənsizliyə , baxdıqca yanıram özümə və tükənişimə...

Amma yaşadığını və xoşbəxt olduğunu bildiyim müddətdə


SƏNİN NƏFƏSİN YETƏR MƏNƏ, SEVGİLİM!...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
442 433 416 451 413 430

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.