Əcəl yatır, bir ölüm var,
Göz ilə qaş arasında,
Dost-düşmənin baxışları
Ayaqla baş arasında.
***
Bu işlərə mat qalıram,
Yanıb,yanıb-yaxılıram.
Elə bil ki,sıxılıram
Torpaqla daş arasında.
***
Ötənləri yada saldım,
Öz-özümdən xəbər aldım.
Bilmirəm ki,niyə qaldım
Çaş ilə baş arasında.
***
Taleyinlə barışırsan,
Barışmağa çalışırsan.
Mövlud,oda alışırsan
Quruyla yaş arasında.
Göz ilə qaş arasında,
Dost-düşmənin baxışları
Ayaqla baş arasında.
***
Bu işlərə mat qalıram,
Yanıb,yanıb-yaxılıram.
Elə bil ki,sıxılıram
Torpaqla daş arasında.
***
Ötənləri yada saldım,
Öz-özümdən xəbər aldım.
Bilmirəm ki,niyə qaldım
Çaş ilə baş arasında.
***
Taleyinlə barışırsan,
Barışmağa çalışırsan.
Mövlud,oda alışırsan
Quruyla yaş arasında.