reklam
Həzrəti Məhəmməd (s) peyğəmbərin kəlamları Həzrəti Məhəmməd (s) peyğəmbərin kəlamları https://take.az/uploads/posts/2022-01/thumbs/1643522688_hezreti-mehemmed-s-peygemberin-kelamlari.jpg
n2006

n2006 İslam Dini 30-01-2022, 14:30

Həzrəti Məhəmməd (s) peyğəmbərin kəlamları

Həzrəti Məhəmməd (s) peyğəmbərin kəlamları
Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.

Bizi aldadan bizdən deyil.

İslam gözəl əxlaqdır.

Allah insanlara rəhm etməyənlərə rəhm etməz.

Heç bir ata övladına gözəl əxlaqdan üstün bir hədiyyə verə bilməz.

Müsəlman, insanların əlindən və dilindən əmin olduğu bir insandır.

Zərər vermək və zərərə zərərlə qarşılıq vermək olmaz.

Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.

Asanlaşdırın, çətinləşdirməyin, müjdə verin, nifrət etməyin.

Hər insan səhv edir. Səhv edənlərin ən yaxşısı tövbə edənlərdir.

Mömin eyni səhvi iki dəfə etməz.

Kiçiklərimizə rəhm etməyən, böyüklərimizə hörmət etməyən bizdən deyil.

Üç dua mütləq qəbul olunur: məzlumun duası, qonağın duası və atanın oğlu üçün etdiyi dua.

Mömin qardaşınla münaqişə etmə, onun xoşuna getməyəcək zarafatlar etmə və ona yalan vəd vermə.

İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.

Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.

Sizdən aşağı olan adamlara baxın; bu sizi İlahinin xeyir-duasına etinasızlıqdan qoruyar.

Sizinkindən daha çox sərvəti və gözəlliyi olan adamı görəndə sizdən kasıb və çirkin olanlar haqqında düşünün.

Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.

Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır.

Ən xeyirliləriniz xanımlara qarşı ən yaxşı davrananlarınızdır.

İman etmədikcə cənnətə düşə bilməzsiniz, bir-birinizi sevmədikcə iman edə bilməzsiniz.

Cəbrayıl mənə qonşu haqqında o qədər danışdı ki, mən (Allah) qonşunu qonşuya mirasçı qoyacaq zənn etdim.

Allah nə zahiri görünüşünüzə, nə də var-dövlətinizə baxar. Ancaq ürəyinizə və işinizə baxır.

İnsanın bir orqanı var. Əgər o sağlamdırsa, bütün bədən sağlam olur. Əgər o xəstədirsə, bütün bədən xəstələnir. Diqqət edin, o, ürəkdir.

Harada olursan ol, Allaha qarşı olmaqdan çəkin. Etdiyin pisliyin arxasınca bir yaxşılıq et ki, pisliyin yox olsun. İnsanlara qarşı əxlaq tələblərinə uyğun hərəkət et.

Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.

Torpağın sürtülməsi dəmiri təmizlədiyi kimi Allahı yaddan çıxarmamaq da insanın ürəyini təmizləyir.

Allah-təala duada israr edənləri sevər.

Həzrəti Məhəmməd (sav) sözləri

Rəbbinə itaətsizlikdən çəkinin, namaz qılın, oruc tutun, zəkat verin, rəhbərinizə itaət edin. Bununla Rəbbinizin cənnətinə girərsiniz.

Kim pis və çirkin bir iş görərsə, onu əli ilə düzəltsin, əgər gücü çatmırsa, dili ilə düzəltsin. Buna da gücü çatmasa, ürəyi ilə müqavimət göstərsin. Bu, imanın ən zəif dərəcəsidir.

Dullara və yoxsullara kömək edən şəxs Allah yolunda vuruşan, gündüzləri oruc tutan və gecələri namaz qılan biri kimidir.

Peyğəmbərimiz buyurub: "Özünə və ya başqasına aid yetimə sahib çıxan şəxs cənnətdə mənimlə yan-yana olacaq".

Möminin başqasında tapılmayan maraqlı bir məziyyəti var. Onun hər işi xeyirdir. Nemətə qovuşanda şükr edir və bu onun üçün xeyir olur. Müsibətə uğrayanda şükr edir və bu da onun üçün xeyir olur.

Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu (düşmənə) təslim etməz. Kim (mömin) qardaşının ehtiyacını ödəsə, Allah da onun ehtiyaclarından birini qarşılayar. Kim bir müsəlmanı bəladan xilas edərsə, Allah da onu Qiyamət günü bəlalarından xilas edər. Kim bir müsəlmanın (günahını) ört-basdır edərsə, Allah da onun (günahını) Qiyamət günü bağışlayar.

Bağışlamaq zəfərin zəkatıdır.

Əməllər niyyətə görə dəyər qazanır.

Müsəlman müsəlmanın qardaşıdır.

İnsanlara ağıllarına görə söz söyləyin.

Yerdəkilərə rəhm edin ki, göydəki də sizə rəhm etsin.

Daha sonra üzr istəməyi tələb edən işlərdən çəkinin.

Az günah etsən, ölüm sənə asan olar.

Cahil bir şəxs ya ifrat edər, ya da geridə qalar.

Heç bir kəs gücü catmayan şeyi qonağı üçün hazırlamamalıdır.
Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.

Allaha həmd edilməsi ilə başlamayan hər bir vacib iş bərəkət görməz.

Din qardaşının başına gələn bəlaya sevinmə, sonra Allah ona sevinc, sənə bəla göndərər.

Yeməklərin ən pisi toxların çağırılıb acların çağırılmadığı toy yeməyidir.

Unutma ki, bir gün bir adamla dost olsan, sabah sənin düşməninə çevrilə bilər.

Ən pisiniz söz aparıb-gətirənlər, aranızı vuranlar və insanları bir-birinə qarşı qoyanlardır.

Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
309 319 314 285 316 325

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.