reklam
Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabası Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabası https://take.az/uploads/posts/2022-06/medium/1655389924_mohtc999sc999m-c68ftirli-tursasirin-uzum-sorabasi-768x432.jpg
n2006

n2006 Mətbəx 16-06-2022, 18:33

Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabası

Möhtəşəm Ətirli, Turşaşirin Üzüm Şorabası
Bir çox evdar qadınlar xiyar, pomidor və s. kimi tərəvəzlərdən şoraba hazırlayırlar. Ancaq meyvə və giləmeyvələrdən də şorabalar hazırlanır. Bunlardan biri də üzüm turşusudur. Üzüm turşusu ət yeməkləri üçün idealdır. Hətta pendir boşqabı üçün salxımıyla birgə süfrəyə verilən üzüm şorabası sadəcə əvəzolunmazdır. LoaDinG.Az möhtəşəm ətirli, turş və şirin dadlı üzüm şorabasının reseptini təqdim edir.

Tərkibi:

üzüm
2 ədəd dəfnə yarpağı
3-4 budaq cəfəri
4-5 ədəd dənə istiot
1 dilim limon
çay qaşığı ucunda limon duzu
1 xörək qaşığı duz
1 st üzüm sirkəsi
su
Hazırlanma qaydası:

İlk öncə üzümləri yaxşıca yuyun. Ancaq diqqət edin üzüm dənələri saplağından qopmasın. Cəfərini də yuyub süzün. 1 kq-lıq bankaya üzümləri yerləşdirin. Bankaya 1 dilim limon, 3-4 budaq cəfəri, 2 ədəd dəfnə yarpağı, çay qaşığı ucunda limon duzu, 1 xörək qaşığı şoraba duzu töküb üzümləri banka dolana qədər doldurun. 1 stəkan üzüm sirkəsi və qaynadılmış soyuq su töküb qapağını bağlayın. Qapağını bağladıqdan sonra bankanı ehtiyyatla əlinizdə çevirin ki, su, duz və sirkə qarışsın. Bu qaydayla başqa növ üzümlərdən də şoraba hazırlaya bilərsiniz. Hazırladığınız şorabanı soyuq yerdə saxlayın.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
246 257 217 247 266 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.