reklam
Əmizdirmə və stress Əmizdirmə və stress https://take.az/uploads/posts/2023-01/1675063258_emzidirmevestress.jpg
n2006

n2006 Körpəyə qulluq 30-01-2023, 12:30

Əmizdirmə və stress

Əmizdirmə və stress
Əmizdirməni qaydaya sala bilməyən qadınların əksəriyyəti bunun əsas səbəbini stressdə görürlər.

Çünki insanlarda belə bir qəbul olunmuş fikir fomalaşmışdır ki, stresslər südün hazırlanmasına mənfi təsir göstərərək, bəzi hallarda südün tam şəkildə kəsilməsinə də səbəb ola bilər. Bəs həqiqətdə bu necədir?


Qadın orqanizmində 2 hormon əmizdirmə prosesinə cavabdehlik daşıyır - prolaktin və oksitosin hormonları. Döşdə südün hazırlanmasını hipofiz vəzidə istehsal olunan "prolaktin" hormonu stumullaşdırır. Digər hormon "oksitosin" südün döşdən ifraz olunmasını stimullaşdırır.

Mütəxəssislərin yekdil rəyinə görə, stress südün hazırlanmasını stimullaşdıran prolaktin hormonuna heç bir təsir göstərmir. Stress yalnız döşdən südü "çıxaran" oksitosin hormonuna müvəqqəti olaraq (!) mənfi təsir göstərə bilər. Ana həyacanlandı, südün ifrazı bir qədər çətinləşdi, ana sakitləşdi - südün ifrazı normallaşdı. Məhz bu səbəbdən uşağı əmizdirməyə başladıqda qadın bütün mənfi fikirləri və emosiyaları özündən kənarlaşdırmalıdır. Bu halda süd daha yaxşı ifraz olunacaq, uşaq isə daha tez doyacaq.

Beləliklə, stress südün çəkilməsinə səbəb ola bilməz. Stress - həyatımızın ayrılmaz bir hissəsidir və əgər o, döş tərəfindən südün hazırlanmasını və uşağın əmizdirilməsini pozmuş olsaydı, bu zaman hələ ibtidai dövrlərdən insanların nəsli tam şəkildə kəsilərdi.

Buna görə də, əgər ana uşağın əmizdirilməsi prosesini qaydasına sala bilmirsə, bunun əsil səbəbini axtarmalıdır. Mütəxəssislərin ümumi fikirlərinə görə isə, bunun əsas səbəbi – uşağın əmizdirilməsinin düzgün təşkil edilməməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
141 111 106 106 127 124

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.