reklam
Dünyada yeni avtomobil istehsalçısı peyda oldu Dünyada yeni avtomobil istehsalçısı peyda oldu http://take.az/uploads/posts/2017-07/1501142163_1500556287.jpg
V_L

V_L Avto Dünya 27-07-2017, 11:57

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu
Dünyada yeni avtomobil istehsalçısı peyda oldu


Amerikanın Scuderia Cameron Glickenhaus (SCG) şirkəti avtomobil istehsalçısı statusu və ABŞ-ın yol hərəkəti təhlükəsizliyi üzrə Milli Federasiyasının bəzi güzəştlərini alıb. Bu barədə şirkətin Facebook səhifəsində məlumat verilib.

Güzəştlərə bəzi ekoloji standartlara, o cümlədən zərərli tullantıların məhdudlaşdırılması barədə normativlərə riayət etməməyə icazə daxildir. Amerika hökuməti bu cür icazələri yalnız tək-tük avtomobil və ya replikarlar buraxan şirkətlərə verir. SCG isə cəmi 325 ədəd sportkar istehsal etməyə hazırlaşır və məhz buna görə də status ilə yanaşı, bu güzəştləri də əldə edib.

SCG şirkəti 3 sportkar hazırlayacaq: SCG 003S – superkar, ümumişlək yollarda istifadə edilmək üçün sertifikatlaşdırılıb. Avtomobil 4,4-litrlik, 750 a.g.-ə (800 Nm) malik səkkizliklə və 7-pilləli sekvental sürət qutusu ilə təchiz edilib. Bu avtomobil ilk yüzlüyü 2,9 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.

Tam ötürücülü yürüş superkarı SCG 003C 3,5-litrlik, 530 a.g. verən tvin-turbo Honda altılığı ilə təchiz edilir və artıq Nyurburqrinqdəki marafonda əks-səda doğurub. Bu avtomobil yalnız yürüş sertifikatı alıb. Üçüncü superkar SCG 003CS-dir. O, avqustun 18-də təqdim ediləcək və gələn ildən satışa çıxarılacaq.

Hər bir sportkar 2 milyon dollara satılacaq. İl ərzində cəmi 6 avtomobilin istehsalı planlaşdırılır, 2019-cu ildən isə satış ikiqat artmalıdır. Bundan sonra şirkətin sahibi, eks-rejissor və biznesmen Ceyms Qlikenhaus digər layihələrlə məşğul olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 341 319 319 329 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.