Tək-tük adam 19-cu əsrə aid şəklin sirrini tapa bilirTək-tük adam 19-cu əsrə aid şəklin sirrini tapa bilirhttps://take.az/54937-tek-tuk-adam-19-cu-esre-aid-sheklin-sirrini-tapa-bilir.htmlhttps://take.az/uploads/posts/2023-02/medium/1675665572_uz.jpg
Yalnız ən müşahidəli və diqqətli insanlar bu tapşırığı yerinə yetirə bilər.
Əgər uzun illər sağlam qalmaq istəyirsinizsə, beynin məşqi çox vacibdir. Sizin beyniniz həyatınızın bir neçə aspektlərinin tənzimlənməsinə cavab verir: düşüncələr, dil, duruş, tarazlıq və bir çox başqaları, buna görə də vacib şəkildə onun qayğısına qalmalıyıq.
Bəzi insanlar hesab edir ki, beyni aktiv və yaxşıca sağlam saxlamaq çox mürəkkəb məsələdir, lakin həqiqət budur ki, beyninizi məşq etdirməyə kömək edən çox sadə vərdişlər tətbiq edə bilərsiz.
Optik illüziyalar – pulsuz və təsirli məşğuliyyətlərdən biridir, bununla siz beyninizin cavanlığını və aktivliyini saxlamağa kömək edə bilərsiz. Axı onlar həyat qədər vacib olan insan orqanının fəaliyyətini yaxşılaşdırır. Bu hobbidən zövq alırsınızsa, qabaqcadan bilməlisiniz ki, biz həmişə oxucularımızı özlərinə meydan oxumağa həvəsləndirmək üçün müxtəlif cür testlər təklif edirik.
Bu gün diqqətinizə hər kəsin edə bilmədiyi çox çətin bir test tapşırığı təqdim olunur.
Aşağıdakı şəkildə çayın ayırdığı iki qadının salamlaşmaq və ya bir-biri ilə görüşmək istədiyini görə bilərsiz. Yeri gəlmişkən, şəklin müəllifləri – Cozef Keppler (1838÷1894) və Bernhard Gillam (1856÷1896) bu şəkli 1880-ci illərdə çəkiblər.
Aşkar vəziyyətdən başqa, siz mütləq bu mənzərədəki sirri tapmalısınız. Axı qadınlardan başqa şəkildə daha bir neçə sifət, üz vardır.
Sizin işiniz sifətlərin hamısını 25 saniyənin içində tapmaqdan ibarətdir. Testi həll etməyə ayrılan zaman az görünə bilər, amma inkişaf etmiş müşahidə qabiliyyəti və diqqəti olan insanlar bütün sifətləri daha az vaxt içində tapa bilir!
İpucu – onların sayı 15-dən çoxdur (qadınların sifəti sayılmır).
Şəklə diqqətlə baxın və gizlənmiş bütün sifətləri tapmaq üçün «Şerlok Holms rejimini» işə salın!
İndi isə zəhmət olmasa, şərhlərinizlə bölüşün, nə qədər sayda sifət tapdınız?
Hər hansı bir nəticə almağınızdan asılı olmayaraq, buna bənzər tapşırıqlar edərək və ya idman, şahmat, sudoku (məntiq motorika), sadə riyazi misalların həllini, kitab oxumaq (mütaliə) kimi başqa məşğuliyyətlər seçərək beyninizi məşq etdirmək üçün iki gündən bir azacıq zaman ayırın. Beyniniz sizə təşəkkür edəcək!