reklam
Mitsubishi yeni miniven təqdim edib Mitsubishi yeni miniven təqdim edib http://take.az/uploads/posts/2017-07/1501220589_1501074305.jpg
V_L

V_L Avto Dünya 28-07-2017, 11:43

Mitsubishi yeni miniven təqdim edib

Mitsubishi yeni miniven təqdim edib
Mitsubishi yeni miniven təqdim edib


Mitsubishi Motors şirkəti Expander adlı seriyalı model təqdim edib. O, özündə minivenin və krossoverin xarakteristikasını təcəssüm etdirir. Yenilik geniş kütlə qarşısına avqustun 10-da İndoneziyanın beynəlxalq Cakarta avtosalonunda çıxacaq. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Yeniliyin qabarit uzunluğu 4475 mm, eni 1750 mm, hündürlüyü isə 1700 mm-dir. Avtomobilin altı ilə yol səthi arasındakı məsafə 205 mm-dir.

Mitsubishi Expander ötən ilin yayında təqdim edilmiş konsept-kar XM-in seriyalı versiyasıdır. Şirkətdən bildiriblər ki, model özündə Mitsubishi Motors-un SUV seqmentinə məxsus olan gözəl komfort və miniven universallığını, texniki imkanları, dözümlülüyü və hərəkət xarakteristikalarını təcəssüm etdirir. Avtomobilin salonunda üç sıra oturacaq var ki, burada yeddi nəfər yerləşə bilər.

Qabaq ötürücülü yenilik 1,5-litrlik, 4-silindrli, 16 klapanlı benzin mühərriklə (gücü barədə hələ məlumat verilməyib) təchiz edilir. O, 5-pilləli mexaniki və ya 4-diapazonlu avtomat sürət qutusu ilə birgə çalışır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 256 338 358 368 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.