reklam
Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR https://take.az/uploads/posts/2023-05/1685361224_1633941500sac2.jpg
n2006

n2006 Dəri və saç 29-05-2023, 16:15

Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR

Saçı gec uzanan xanımlara FAYDALI MƏSLƏHƏTLƏR
Uzun saç sevənlərin ən çox yaşadıqları problemlərdən biri yavaş və çətin uzanan saçlardır. Kosmetika.az saçı gec uzanan xanımlara faydalı məsləhətləri təqdim edir.
Mütəmadi olaraq saçlarınızı darayın
Saçları daramaq saç dərisini masaj etdiyindən qan dövranını sürətləndirir. Beləliklə, saçlar qidalanır və daha tez uzanır. Saçlarınızı səhərlər və axşamlar yatarkən darayın. İstifadə etdiyiniz darağın sıx dişli olmasına da diqqət edin. Əks halda saçlarınızda qırıqlar yarana bilər.
Saçlarınızı formaya salan alətlərdən vaz keçin
Fen, maşa, ya da düzləşdiricilər saçlarınızdakı nəmi azaldır və saçınızı qurudur. Bu vəziyyətdə saçlarınız uzanmaz, əksinə, tökülmələr yaranar.
Kimyəvi tərkibli vasitələrdən istifadə etməyin
Kimyəvi tərkibli vasitələr saçdakı nəmi azaldır və saç dərisindəki məsamələri tıxayır. Şampun, krem, saç boyası və ya saç şəkilləndiricisi olaraq istifadə etdiyimiz vasitələrin mümkün olduğu qədər təbii tərkibli olmasına diqqət edin.
Qidalanmaya diqqət yetirin
Saçlarınızın sürətli və sağlam şəkildə uzanması üçün bol protein və vitamin istifadə etməlisiniz. Bunun üçün yumurta, balıq, müxtəlif taxıllar, təzə meyvə və tərəvəz yeməyə çalışın. Yağlı və hazır qidalardan uzaq durun.
Saçlarınızı hər gün yumayın
Hər gün saçlarınızı yuyaraq onları xarab edərsiniz. Yaxşı olar ki, saçınızdakı nəm balansını qorumaq üçün 2-3 gündə bir yumağınız kifayətdir.
Saçlarınız yaş ikən daramayın
Əgər belə etsəniz, yaş ikən daha davamsız olan saçlarınızda qırıqlar meydana gələ bilər və saçlarınız gücsüzləşər. Daramaq üçün saçlarınızın qurumasını gözləyin.
Saçlarınızı yuyarkən saç dərinizi də masaj edin
Bununla saç dərisindəki qan dövranının sürətlənməsinə və saçın qidalanmasına köməkçi olarsınız. Maska və qarışımları tətbiq edərkən də masaj edin.
Stresdən uzaq durun
Stress saç uzanmasını dayandıra və saçların tökülməsinə yol aça bilər.
Müxtəlif qarışım və maskalardan dəstək alın
Kimyəvi baxım vasitələri əvəzinə tamamilə təbii vasitələrlə hazırlanan maska və qarışımlardan istifadə edin. Zeytun yağı saç sağlamlığı üçün istifadə edilən vasitələrin önündə gəlir. Yumurta, qatıq, bal, palma yağı, alma sirkəsi, limon suyu, aloe vera və soğan bu maska, ya da qarışımların hazırlanmasında istifadə edilən vasitələrin digərləridir. Masaj edərək tətbiq etdiyiniz maska və qarışımlar saçlarınızı qidalandıraraq, uzanmasını da asanlaşdırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 138 159 174 157 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.