reklam
Qızın cehizində nə olmaldır araşdırma Qızın cehizində nə olmaldır araşdırma https://take.az/uploads/posts/2024-04/1713566991_http_95_86_135_60_bpictures_picture50564.jpg
Nəfəs

Nəfəs Evlilik 20-04-2024, 15:00

Qızın cehizində nə olmaldır araşdırma

Qızın cehizində nə olmaldır araşdırma
.Amma təbii ki, bu durum hər cehiz üçün keçərli deyil. Elə ailələr var ki, cehiz üçün tam bir sərvət xərcləyirlər. Əyani bir misal:

Qonşuluğumuza yeni evlənmiş bir ailə köçdü. Toydan öncə oğlan tərəfi bu 3 otaqlı mənzili gənc ailə üçün 73 min manata aldı. Qızın ailəsi də xəsislik etmədi, cehizə təxminən 60 min manat civarında pul xərclədi. Evin hər bir əşyası qızın cehizi ilə alındı, hamısı da məşhur markalar...

Paytaxt sakini Sevinc Qocayeva deyir ki, valideynləri onun cehizinə 8500 manat pul xərcləyib: "Amma təbii ki, məsələ bununla bitmədi. Cehizimə qohumların da qatqısı oldu, ailə dostları və yaxın qohumlar xeyli cehizlik əşya almışdılar".

Kompyüter mühəndisi Asəf Həsənov isə deyir ki, xanımı normal cehiz gətirib: "Həyat yoldaşımın ailəsi kredit götürüb cehiz aldı, amma məndən olsaydı, heç gərək görməzdim. Hələlik, mənim valideynlərimlə yaşayırıq, evdə də lazımı əşyalar var. Cehiz nəyimizə gərəkdi? İkimizin də işimiz var, öz qazancımızla ev alacağıq bu yaxınlarda, evimiz olandan sonra da işləyib hər şeyimizi ala bilərdik. Amma mən etiraz edəndə dedilər ki, adətdir, cehizsiz gəlin köçməz".

Bakı sakini Ceyran Rzayeva isə deyir ki, valideynləri onun cehizi üçün 12 min manat xərcləyiblər, yeni ailənin 3 otaqlı evi bu cehiz hesabına qurulub.

Lənkəranda qız cehizində mal-qara və ev quşları da olur

Bir-iki xırda nüansı nəzərə almasaq, Azərbaycanın bütün bölgələrində cehiz eyni formada tutulur, yalnız cənub bölgəsindən başqa. Cənub bölgəsində, əsasən də Lənkəranda cehiz adəti bir qədər fərqlidir.

Lənkəranın Veravul kəndindən olan Asimə Nəsirli deyir ki, Lənkəranda analar, qızları 10-11 yaşında olandan onlara cehiz tutmağa başlayırlar: "Elə ki qız nişanlandı, cehiz almaq ailədə ən prioritet sahəyə çevrilir. Əksər hallarda, valideynlər qızı bütün lazımi əşyalarla təmin etməyə çalışırlar.

Qız toyundan sonra, oğlan toyundan öncə, müəyyən edilmiş bir gündə bütün qohumlar qız evində təşkil olunmuş qonaqlığa gəlirlər və hərə cehiz üçün bir hədiyyə gətirir. Lənkəranda cehiz mədəniyyəti bir qədər fərqlidir, ərə gedən qızlara böyük ləyən dəstləri, toy və ya digər mərasimlərdə istifadə etmək üçün iritutumlu qazanlar və teştlər, 5 və ya 6 dəst namaz üçün canamaz verilir. Bundan əlavə, gəlinin gedəcəyi evdə yaşlı insan varsa, onlara xüsusi nimdər (döşəkcə), misdən hazırlanmış aftafa-ləyən də verilir".

Asimə xanımın sözlərinə görə, Lənkəranda hətta cehizə mal-qara - inək, qoyun, at, ev quşları - qaz, ördək, toyu-cücə də əlavə edilir. Orta hesabla, normal bir cehiz üçün ailə 8-10 min manat xərcləməli olur. Cehiz almaq üçün bankdan kredit alanların da olduğunu söyləyən Lənkəran sakini qız cehizində əksər vaxt həm yataq, həm qonaq otağı mebelləri, həm də mətbəxt dəstləri də verildiyini dedi.

Cehizdə yemək sandığı

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən biri olan Marneulu rayonunun Sadaxlı kəndində qohumlarım var. Orada qız üçün alınan bütün cehizlər toydan öncə bir növ sərgi halına salınır, kəndin bütün əhalisi cehizə baxmağa gəlir.

Qız cehizi oğlan evinə toy günü gəlinin özü ilə birgə gedir. Daha maraqlısı isə odur ki, cehizin ən önəmli atributlarından biri, ağzına qədər yemək və şirniyyatla doldurulmuş sandıq olur. Gəlin bir həftə oğlan evinin mətbəxində bişəndən yemir, anasının sandığa qoyduqları 7 gün ona bəs edir.

İstənilən halda, cehiz adəti olduqca gözəl və gərəkli ənənədir, bir şərtlə ki, "ağ etməyəsən". Cehizə, ailələrin mal-mülk müsabiqəsi kimi yox, milli adət kimi yanaşmaq gərəkdir. Cehizində nəyin olması və nəyin olmaması önəmli deyil, önəmlisi odur ki, ər evinə köçən qız ata yurdundan əliboş yola salınmır. Amma cehizsiz ailə qurmağı da heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan, ər evinə mənəvi cehiz - ismət, abır-həya və təmiz qəlb apara bilməkdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
31 30 30 25 31 24

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.