reklam
:( VeFaSIz GüLüm :( :( VeFaSIz GüLüm :( https://i.hizliresim.com/a1XQY7.gif
Kənan Heydərov

Kənan Heydərov Şeirlər 16-10-2017, 17:07

:( VeFaSIz GüLüm :(

:( VeFaSIz GüLüm :(
Vefasiz

Gulum

Bəzən olub bir küləyə möhtaclığım
Səbəb olub ətrin ala bilməmişəm...
Az olmayıb səndən ötrü ağladığım..
Gözyaşıma dayan deyə bilməmişəm...
Gulum
İxtiyarsız axıb yaşlar , çıxıb sözdən
İntihara meyl ediblər bəlkə elə...
Bu yüzdən də tökülüblər bəlkə gözdən.
Gətirmiblər sözlərini heç cür dilə..
Gulum
Sakit, sessiz son qoyublar ömürlərə
Sahid durub her birisi bu nisgilə, bu kədərə
Tək vəfasız çıxan elə sən oldun, bax...
Azmış kimi, yenə vurdun dərd qəlbimə...
Gulum
Viran qaldı, hey qırıldı bədbəxt ürək
Olmadı ki, sən gedəndən xoşbəxt ürək...
Anlamadım sevirdinsə nə idi bu,
Gedərmi heç məgər insan, de sevərək?
Gulum
Bu nə eşq ki, ayrı salır, qovuşdurmur?
Bu nə eşq ki, xoş gün vermir, ancaq yorur?
Bunun adı sevda deyil, heç.eşq deyil...
Məgər eşq də söylə mənə qəlb mi qırır?
Gulum
Eşq gəlir ki, məna qatsın ömür - günə
Eşq vermir ki, fərman heç vaxt ölümünə...
Aşiqdinsə, eşq vardısa o qəlbində
Necə qıydın məşuquna, sevgilinə?
Gulum
Yoxmuş səndə, bir qram da eşqdən əsər,
Sevən verməz sevdiyinə bircə zərər...
Bax qəlbimə, ağrı,acı, qüssə-kədər...
Bax qəlbimə ,nələr yoxdu daha nələr..
Gulum
Vəfasızsan tez unutdun, çıxıb getdin.
Bəs mən neynim, axı söylə necə gedim?
Anlamıram, sevirdinsə necə getdin?
Bacarmıram, bəs mən necə çıxım gedim..?
Gulum
Bu ayaqlar, bu ürəyim və.bu gözlər...
Xəyanət də, nifrət belə etsən yenə...
Əfv eləyər yenə inan, səni gözlər...
Yetər ki, gəl, qayıt geri , qayıt mənə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 395 354 374 339 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.