Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər

  • Müəllif  Admin
2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər


"Kolon Industries" şirkətinin top-menecerlərindən biri "The Korea Herald" nəşrinə müsahibəsində deyib ki, 2018-ci ilədək 3-5 smartfon istehsalçısı "ağıllı" telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər, 2019-cu ildə Cənubi Koreyanın smartfon bazarında elastik qurğuların payı 20%-ə yaxınlaşa bilər.

"Phone Arena" nəşri yazır ki, "Kolon Industries" şirkətinin adı geniş kütləyə naməlum olsa da, ancaq sözügedən şirkət dünyada elastik displeylərdə şüşəni əvəz edən nazik plyonkaların yaradılması üçün lazımi rəngsiz polimidin yeganə kütləvi istehsalçısıdır. "Kolon Industries" şirkəti "Samsung" və "LG" şirkətlərinin tədarükçüsüdür, sonuncular elastik ekranların yaradılması üzərində aktiv işləyirlər.

Şirkətin polimid istehsalı üzrə bölməsinin direktoru Kanq Çunq-Seokun fikrincə, ilk elastik smartfonlar gələn il əlçatan ola bilər. Bu halda smartfonlarda elastiklik radiusu 5 mm təşkil edəcək.

Xatırladaq ki, cari ilin iyununda "Lenovo" şirkəti "OLED" ekranla təchiz edilmiş elastik smartfonların iki prototipini təqdim edib.


Oxşar mövzular:
  • Noutbuk bazarının lideri məlum oldu
  • İlk qrafen akkumulyator 15 dəqiqəyə enerji ilə doldurulur
  • Dünyada ilk dəfə tam funksional elastik smartfon nümayiş etdirilib
  • İlk elastik smartfon - FOTO
  • Elastik ekranlara nə qədər tələbat var?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728 
    Style I Style II Style III