Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Bakı nəqliyyatında dəyişiklik: bağlanan, yenilənən marşrutlar - SİYAHI

  • Müəllif  Asef

 

Bakıda sərnişindaşımada optimallığın qaldırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində bəzi avtobus xətləri bağlanıb, bəzilərinin isə hərəkət istiqaməti dəyişdirilib. 

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 3-qapılı iri tutumlu avtobusların bəziləri isə xidmətdən yığışdırılıb.

Xidmətdən yığışdırılan və hərəkət istiqaməti dəyişdirilən avtobusların siyahısını təqdim edirik:

14 saylı marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub.

20, 188, 53 saylı avtobuslar ümumiyyətlə ləğv edilib.

90 saylı avtobus 83 saylı avtobusla əvəz edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub.

120 saylı avtobusda maşınlar təzələnib.

124 saylı avtobus 20-ci sahəyə qədər uzadılıb.

193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb.

70 saylı avtobusun istiqaməti dəyişdirilib.

95 saylı marşrut xəttinin hərəkət istiqaməti "Xətai” metrosuna qədər qısaldılıb.

Namiq Həsənovun onu da bildirib ki, sərnişinnəqliyyatda təkmilləşdirmə işlərilə bağlı paralel hərəkət edən avtobuslar çıxarılıb. Onun sözlərinə görə, yaxın günlərdə Beynəlxalq Avtovağzal istiqamətində hərəkətdə olan avtobusların hərəkətində müəyyən dəyişdirilməsi aparılacaq.


Oxşar mövzular:
  • Bakıda bir sıra marşrut xətlərində avtobusların hərəkəti dayandırıldı - SİY ...
  • Bakıda uğursuz avtobus "avtoşluğu" hamilə qadının başında çatladı
  • Azərbaycanda 23 baytarlıq aptekinin fəaliyyəti dayandırıldı
  • Yeni avtobusları kim soydu?
  • Hüseyn Dərya vəfat edib...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728