Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Dərmanların qiymətinə "dərman" tapılmır

  • Müəllif  Asef

 

"Bütün preparatların qiymətinin total endirimi mümkünsüz məsələdir" 

Tarif Şurasının iyulun 30-da keçirdiyi  iclasda dərman vasitələrinin tənzimlənməsinə dair qərar verilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Həmin tarixdən etibarən şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib. 

Qeyd edək ki, siyahı verilən qərara uyğun deyil. Orada bahalı dərmanların adı yoxdur. Qiymət tənzimlənməsi daha çox ucuz dərman preparatlarına şamil edilib. Elə dərmanlar da var ki, onların qiymətində 2 qəpik endirim edilib. Strateq.az saytının yazdığına görə, siyahıda 60-80, bəzən 100 manata satılan dərmanların adlarına rast gəlinmir. Həmin kateqoriyaya aid cəmi bir dərman - Kipr istehsalı olan "Selekasin" adlı iynənin qiyməti yarıbayarı azaldılıb. Hazırda 66-86 manata satılan həmin dərman sentyabrdan 41 manat 86 qəpiyə təklif ediləcək.
Ucuzlaşdırılan dərmanlar siyahısında daha çox 4-6 manata və daha aşağı qiymətə satılan preparatların adlarına rast gəlmək mümkündür.  

Buraya 50 manatdan baha satılan cəmi iki dərmanın adı salınıb. Ukrayna istehsalı olan "Proneyro" adlı iynənin 10 ampulasının və eyni adlı dərmanın məhlulunun  qiyməti hazırda apteklərdə 50 manat 50 qəpik - 60 manat 60 qəpik arasında dəyişir. Yeni qiymətlər tətbiq edildikdən sonra həmin iynə, təxminən 3 dəfə ucuz olacaq, cəmi 16 manat 4 qəpiyə satılacaq.

Vətəndaşlar "Proneyro" məhlulunu isə daha ucuz -7 manat 28 qəpiyə ala biləcəklər. Bahalı hesab edilən digər bir preparat - Macarıstan istehsalı olan "Torvazin" isə daha çox ucuzlaşacaq. Belə ki, hazırda 36-43 manata satılan həmin dərman sentyabrda 6-7 dəfə ucuz olacaq. Adıçəkilən həblərin 30 ədədi cəmi 6 manat 46 qəpiyə satılaçaq. ABŞ istehsalı olan "Liprimar" həbləri də təxminən 3 dəfə ucuzlaşaraq 10 manat 42 qəpiyə olacaq. Hazırda həmin dərmanın qiyməti 35-43 manat arasında dəyişir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bir sıra dərmanların ucuzlaşdırılmasının mümkünsüz olduğunu bildirdi: "Elə dərmanlar var ki, onların qiymətini ucuzlaşdırmaq mümkün deyil. Bəzi dərmanlar çox yüksək texnologiya ilə istehsal olunur. Onların Avropada, yəni öz yerlərində qiymətləri çox bahadır. O necə ola bilər ki, Azərbaycana gəlsin, qiymətləri ucuzlaşsın. O zaman gərək dövlət ona dotasiya versin. Yəni onun qiymətini kimsə ödəməlidir. Sahibkar əgər bu dərmanları gətirirsə, onun hansısa bir marağı olmalıdır. Sadəcə olaraq, müəyyən bir siyahı tutulmalı idi. Bu siyahı ilə də əhalinin istifadəsində olan və gündəlik lazım olan dərmanların müəyyən bir qisminə vahid qiymətlər qoyulmalı idi. Bununla da əhali üçün rahatlıq olmalı idi. Yoxsa bütün dərmanların qiymətinin total şəkildə endirilməsi imkan xaricində olan bir məsələdir".

A.Qeybulla dövlətin özəl sektora müdaxiləsinin səhv addım olduğunu dedi: "Əslində dövlətin özəl sektora müdaxiləsi düzgün deyil. Manatın devalvasiyasından sonra bir tədbir kimi buna əl atılıb. Ancaq bu müvəqqətidir. Digər tərəfdən, əslində bu cür məsələlər icbari tibbi sığorta ilə həll olunur. İcbari tibb sığortasına müəyyən minimal paket əlavə olunur. Ondan sonra əhali həmin dərmanlardan pulsuz istifadə edir. Qalan bahalı dərmanları insanlar istəyəndə gedib öz pulu ilə alır. Dünyanın hər yerində yüksək keyfiyyətli təbabət, həddən artıq bahalı dərman vətəndaşın öz hesabına baş verir. Burada da belədir. Dərmanları əhalinin büdcəsinə uyğun tənzimləmək real deyil. Bu, bir qrup dərmanlara şamil edilməlidir. Başqa dərmanların qiyməti o cür tənzimlənir ki, onlarda xüsusi süni artırma olmasın".

Yeni Müsavat



Oxşar mövzular:
  • Distributorlar hökumətə dərmanı baha satırlar
  • Dərmanların qiyməti düşəcək - nazir söz verdi
  • Apteklərdə QİYMƏTLƏR dəyişir - Tarif Şurası qərar verdi
  • Azərbaycanda cərrahiyyə əməliyyatlarının qiyməti niyə bahadır?
  • Dərmanların qiyməti dəyişə bilər...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728