reklam
“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atdı “Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atdı https://take.az/uploads/posts/2023-04/medium/1682584661_70be6128868253_55d621a95f347.jpg
HASANLY

HASANLY İdman 27-04-2023, 12:38

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atdı

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atdı
“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub. “Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıblar. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.
Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda məğlub olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 170 171 131 173 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.