Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Huawei Mate 20 Pro smartfonunun kamerasının iş prinsipləri

  • Müəllif  Admin

Huawei Mate 20 Pro smartfonunun kamerasının iş prinsipləri

Huaweimobil texnologiyalar sahəsində özünün novatorluq nüfuzunu qoruyub saxlamaq üçün uzun müddətdir ki, çalışır. Belə ki, bu şirkət son illər əsas diqqətini məhz mobil kameralara yönəldib: Leica ilə tərəfdaşlıq, çoxkameralı sistemlər (iki və üç kameralı), monoxrom sensorlardan istifadə, süni intellektin fəal tətbiqi. Huawei Mate 20 Pro smartfonu da mobil kamera sahəsində şirkətin yeni yanaşmasının təzahürü kimi bu siyahıya qoşulur.

"Huawei P20 Pro"da olduğu kimi, "Mate 20 Pro"da da Leica ilə birlikdə işlənib hazırlanmış, lakin eyni anda üç kameradan istifadə etməklə tamamilə başqa bir yanaşma əsasında hazırlanmış üçtərəfli modul mövcuddur. "Əsas kamera + monoxrom kamera + zum-kamera" sxemi əvəzində, yeni flaqman zum baxımından çox geniş imkanlar təklif edir. Bu da monoxrom sensoru əvəzinə, çox genişbucaqlı görüntüyə malik obyektivin əlavə edilməsi sayəsindədir.

Bunu ətraflı izah edək. Huawei Mate 20 Pro smartfonunda arxa modul üç kameradan ibarətdir. Yaz fəslinin hitinə çevrilmiş P20 Pro smartfonunda olduğu kimi, əsas kamera 1\1,7 düymlü və 40 meqapikselli sensordan ibarətdir.

27 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləri

Obyektiv belə sensorla 27 mm fokus məsafəsindən və ƒ/1,8 işıq gücü ilə işləyir. Əksər rejimlərdə və hallarda məhz bu kameradan istifadə edilir, fərqli şəraitlərdə keyfiyyətli şəkillərin çəkilməsinə imkan verir. 10 meqapiksel ilə tövsiyə olunan 3648 × 2736 dəqiqlikli şəkillərin çəkilməsi defolt rejimdə təklif edilir.

80 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləri (üçtərəfli zum)

İkinci kamera da P20 Pro-dan götürülüb: 80 mm-lik fokus məsafəsi və ƒ/2,4 işıq gücü ilə 8 meqapikselli "ənənəvi" RGB sensoru (fiziki ölçüləri 1/4"). Onun sayəsində üçtərəfli optik zum əldə edilir, lakin bir kameradan digərinə sadə keçidlə yox - əsas (40 meqapikselli) kamera və telefoto-modul ilə eyni anda məlumat toplanır, daha sonra 3648 × 2736 dəqiqliklə bir kadrda birləşir.

16 mm ekvivalent fokus məsafəsi ilə "Huawei Mate 20 Pro" çəkilişləri

Huawei Mate 20 Pro smartfonunun əsas xüsusiyyəti 20 meqapiksel sensor (fiziki ölçüləri şirkət tərəfindən qeyd edilmir) və 16 mm ekvivalent fokus məsafəli və ƒ/2,2 işıq gücünə malik obyektiv ilə üçüncü kamerasının olmasıdır. Məhz üçüncü kamera ilə əsas kamera ilə müqayisədə daha genişbucaqlı görüntünü əldə etmək mümkündür.

Huawei Mate 20 Pro smartfonu ilə çəkiliş zamanı "Supermakro" rejimindən istifadə

Huawei Mate 20 Pro smartfonunun genişbucaqlı kamerasının zəruri üstünlüyü - bu rejimdə smartfonun fokuslana biləcəyi minimal məsafədir. Bu məsafə 2,5 sm-dir və kifayət qədər makroçəkilişlərin aparılmasına imkan verir.

Hər üç kamera ilə həm faza avtofokusu, həm də optik kadr stabilizatoru işləyir. Yəni bütünlükdə fokus məsafələrinin diapazonuna həm gündüz, həm də gecə saatlarında etibar etmək olar.

P20 Pro smartfonunda olan və həm gündüz dinamik diapazonda, həm də gecə kadrlarında böyük ehtiyat yaradan monoxrom sensorun olmadığına görə Mate 20 Pro smartfonu təmiz keyfiyyətli kadrlar baxımından digər flaqmanla ayaqlaşmasa da, yeni Kirin 980 prosessorunun smartfona gətirdiyi mümkün fokus məsafələrinin diapazonuna və müxtəlif proqram detallarına görə öz rəqibini geridə qoyur. Məsələn, avtofokus kadrdakı obyektlərin hərəkətini "proqnozlaşdıra" bilir, hərəkətli səhnələrdə və videoçəkilişlərdə yaxşı işləyir. Süni intellektin də yeni məharətləri var - artıq daha çox səhnə tanıyır və bir kadrda bir neçə səhnəni anında müəyyənləşdirə bilir; həmçinin arxa fonun tutqunlaşdırılması texnologiyası da təkmilləşdirilib. Smartfon bu işi nəinki daha dəqiq yerinə yetirir, həm də "virtual" boke xarakterini də dəyişə bilir: "ürəklər" qoyula və ya köhnə "Helios" obyektivi stilinə salına bilər.


Oxşar mövzular:
  • Huawei Mate 20 Pro ilə yüksək keyfiyyətli foto və video çəkiliş imkanı
  • Huawei Mate 20 modelləri - video çəkilişlərdə mükəmməllik
  • Huawei Mate 20 Pro smartfon bazarında çevriliş edir
  • Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu
  • Huawei Mate 20 Pro-nu digər smartfonlardan üstün edən nədir?


  • Gerİ dön


    2 şərh


    • ElmerbUm
    • Xəbərlər: 0
    • Şərhlər: 29
    • İCQ: 152882651


    • Мы давно раасматривали все варианты, но таких ещё ниразу не видели. займы здесь в наличии быстро и срочно, круглосуточно и без отказов, абсолютно для всех желающих только по паспорту займы по паспорту в спб Публикация всех новостей про ufc и другие новости спорта. Посмотрев данный сайт я подумал что и вам будет полезно узнать о юфси сегодня Даже если говорить об этом коротко. Мир бокса таков. Впрочем как и весь спорт.Если ты спортстмен и любишь заниматься фитнесом, то Обратите внимание на кленбутерол купить Что можете сказать по этому поводу?Что же касается дверей, то тут есть большой выборе. можно подобрать себе дверь и на заказать и с установкой. Обратите внимание на двери от входные двери в квартиру смотрите так же тут: входные двери на заказ

      Воздушные шарики на праздник детям, купить тут шары на день рождения


    • Lewishox
    • Xəbərlər: 0
    • Şərhlər: 28
    • İCQ: 265852511

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    «     Noyabr 2022    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III