reklam
Təzyiqi salmağa yardım edən ən yaxşı 5 İÇKİ. Hər gün için! Təzyiqi salmağa yardım edən ən yaxşı 5 İÇKİ. Hər gün için! https://take.az/uploads/posts/2019-12/thumbs/1576082589loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 12-12-2019, 09:00

Təzyiqi salmağa yardım edən ən yaxşı 5 İÇKİ. Hər gün için!

Təzyiqi salmağa yardım edən ən yaxşı 5 İÇKİ. Hər gün için!
Yüksək təzyiq orqanizmə ciddi ziyan vurur, infarkt, insult, ağır böyrək və göz xəstəliklərinin riskini artırır.
Hipertoniya xəstəliyi olan insan arterial təzyiqinə daim nəzarət etməli və onu normada saxlamalıdır. Bu işdə xüsusi dərman preparatları, pəhriz, fizki aktivlik, ziyanlı vərdişlərdən imtina və stress vəziyyətlərindən mümkün qədər uzaq durmaq kömək edir.
Bəzi içki və qidalar da təzyiqi normada saxlamağa kömək edə bilər.


LoaDinG.Az Rusiya KİV-lərinə istinadən oxuculara təzyiqi salan faydalı içkiləri təqdim edir:


Məkkəgülü (karkade) çayı. Antosian maddələri ilə zəngin olan bu çay damarların vəziyyətini yaxşılaşdırır və təzyiqi salmağa yardım edir.
Nar şirəsi. Mütəxəssislər sübut edir ki, hər gün 150 ml nar şirəsini içən insanın təzyiqi tədricən aşağı düşür.
Tomat şirəsi (duzsuz).  Likopin maddəsinin sayəsində tomat şirəsi damarları möhkəmləndirir, damarlarda iltihabı və həmçinin trombların əmələ gəlməsinin riskini azaldır.
Yaşıl çay. Edinburq alimləri aşkar ediblər ki, 2 həftə ərzində hər gün 1-2 fincan yaşıl çay içən insanın təzyiqi aşağı düşür.
Çuğundur şirəsi. Çuğundur şirəsi damarların vəziyyətini yaxşılaşdırır və damarları genişləndirir. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün yarıbayarı su ilə qarışdırılmış 1 stəkan çuğundur şirəsini içməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
200 195 179 168 173 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.