reklam
Fast foodlardan uzaqlaşmaq çətin olsa da Fast foodlardan uzaqlaşmaq çətin olsa da https://take.az/uploads/posts/2019-08/1564658476loading.az_mcdonalds-sign-burger-fries.jpg
_nazrin

_nazrin Sağlamlıq 1-08-2019, 15:22

Fast foodlardan uzaqlaşmaq çətin olsa da

Fast foodlardan uzaqlaşmaq çətin olsa da
Fast foodlardan uzaqlaşmaq çətin olsa da



İndiki dövrdə fast foodlu yeməklər bir çox insanların qidalanmasında böyük rol oynayır. A və C vitamini, mineral və kalsium baxımından kasad olan bu qidalar gələcəkdə sağlamlıq problemlərinə yol açır. Ən əsas da bu yeməklərin uşaqlar üçün daha zərərli olduğunu hamımız çox yaxşı bilirik. Fast food qidaları uşaqlarda böyüməyə, sümük əriməsinə gətirib çıxara bilər. Gəlin bunun orqanizminizdə törətdiyi fəsadlarla yaxından tanış olaq.

Sümük əriməsi ilə qarşı-qarşıya qalırlar

Uşaqların ehtiyac duyduğu qida tərkiblərində ən çox önəm verilənlər A, C vitamini və kalsium qaynağıdır. Onların qidalanmasında bunlar çox vacib şərtdir. Bu vitaminlərin çatışmazlığı isə gələcəkdə bir çox problemlərə yol aça bilər. Bu da onların sağlamlıq sarıdan əziyyət çəkməksinə, immunitet sisteminin zəifləməsinə gətirib çıxarar. Bununla yanaşı, uşaqların qidalanmasına xüsusi önəm vermək lazımdır. Onların sağlamlığı üçün təhlükəli olan qidalardan, xüsusilə fast food kimi tanıdığımız ayaqüstü atışdırmalıqlardan uzaq tutmamız vacibdir. Bu qidalar kalsium baxımından kasad olduğu üçün uşaqların böyüməsinə, sümük sağlamlığına mənfi təsirlər göstərəcəkdir. Gələcəkdə bu, həmçinin uşaqları sümük əriməsini ilə də qarşı-qarşıya qoya bilər.

Fast food kökəlməyə səbəb olur

Qeyri-ev şəraitində hazırlanan yeməklərin daha çox yağlı olduğu danılmazdır. Bu da ən başlıca olaraq, yüksək kalori deməkdir. Bu yeməklər uşaqlarda daha çox kaloriyə səbəb olur. Yəni təsəvvür edin ki, 2 min kalori alan uşağa 1000 kalori təkcə bu fast fooddan gəlir. Fast foodların hazırlanmasına diqqət yetirsək görərik ki, onların çoxu bol yağda qızardılır. Yəni qızartma işi bol yağda olduğu üçün bu da yüksək kaloriyə, köklüyə səbəb olur. Təbii ki, bu, səhiyyə sahəsində insanlar üçün zərərli bir qida hesab edilir.

Uşaqları fast foodlardan
uzaqlaşdırmaq üçün nə etməliyik?

Bu saatdan sonra ancaq onların fast foodlardan daha az istehlak etmələrini, bununla yanaşı sağlam yeməyi də istehlak etmələrini təmin etməliyik. Heç olmasa evlərdə hazırlanan yeməklərdən tərəvəz tərkibli yeməklərə üstünlük vermək və bu yeməkləri uşaqlarınıza sevdirməniz lazımdır. Bununla uşaqlarınızı faydalı olan bütün vitaminlərlə, mineral maddələrlə və digər zülal karbohidratları ilə təmin etmiş olacaqsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
281 303 265 327 339 333

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.